"TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır"

İqtisadiyyat / Manşet

1 638

Transanadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində işlərin 80 faizindən çoxu icra edilib.
VOİCEPRESS
trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

X.Yusifzadə qeyd edib ki, uzunluğu 1810 km olan TANAP kəməri ilə Azərbaycan təbii qazının nəzərdə tutulduğu kimi, 2018-ci ilin iyun ayında Türkiyəyə çatdırılması tamamilə realdır:

"Çünki TANAP layihəsi çərçivəsində işlərin 80 faizindən çoxu icra edilib".

O bildirib ki, 2020-ci ildə kəmərin buraxılış gücü ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq:

"İlkin mərhələdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək".

SOCAR-ın I vitse prezidenti əlavə edib ki, uzunluğu 870 km olan Transadriatik kəmərinin (TAP) Yunanıstan və Albaniya hissələrində də intensiv iş gedir:

"Azərbaycan qazının bu kəmərlə Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr qazın nəql edilməsi, daha sonra bunun iki dəfə artırılması nəzərdə tutulur".

VOİCEPRESS.AZ


Ранее » Dünya Bankı Azərbaycana 170 milyon dollar ayırıb« Далее Azərbaycan 200 manatlıq əsginas buraxa bilər