• 13:46 – Baş Nazir “Orfoqrafiya qaydaları”na dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 13:39 – Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 13:06 – Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatı başlanıb 12:12 – Paşinyan danışdı, arvadı mürgülədi... 07:36 – ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 
  • 13:00 – Məmmədyarov - Mnatsakanyan görüşü başladı - YENİLƏNİB 
  • 10:57 – Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib 
  • 13:57 – Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı 

Cəmil Məlikov: “Dövlət Agentliyinin balansında bir dənə də olsa, çalışmayan külək pəri qalmayacaq”

Azərbaycan küləklər şəhəridir. Elə buna görə də, yaşıl və zərərsiz enerji devizi altında Azərbaycan artıq bir sıra dövlətlər üçün alternativ və bərpa olunana enerji istehsalı baxımından təcrübə məkanına çevrilib. Bu danılmaz faktdır. Artıq bir neçə ildir ki, külək enerjisini əldə edəcək böyük pərlər quraşdırılıb. Amma nədənsə, bir üddət həmin pərlərin istifadəsiz qaldığının fərqinə varan yerli mətbuat nümayəndələri, yaman narahatdır. VOİCEPRESS isə həmin narahat jurnalistləri rahatlatmaq məqsədi ilə pərlərin nə üçün istifadəsiz qalmasının səbəblərini araşdırdı.


Məlum oldu ki, istifadəsiz qalan pərlər əvvəl Alternativ və Bərpa olunan Enerji Dövlət Agentliyinin balansında olmayıb. Məsələ ilə bağlı isə VOİCEPRESS-ə daha ətraflı dövlət agentliyinin sədr müavini Cəmil Məlikov bu haqda məlumat verib. Onun sözlərinə görə, bu günə kimi çalışmayan pərlər dövlət agentliyinin balansında olmayıb: “9 avqust 2017-ci il tarixinli sərəncama əsasən həmin çalışmayan pərlər Aqrarkredit QSC Açıq Səhmdar Cəmiyyətinin balansından alınaraq, Alternativ və Bərpa olunan Enerji Dövlət Agentliyinin balansına verilmişdir. Dövlət Agentliyi isə balansa daxil olan avadanlıqlar ciddi nəzarətdən keçirib, təmir etdirib, bərpa olunması üzrə işlər aparır. Bu günlərdə artıq iki külək pəri avadanlığının fəaliyyəti bərpa olunaraq, istifadəyə verilmişdir. Yaxın zamanlarda digər avadanlıqların da, çalışmasına start veriləcəkdir. Dövlət Agentliyinin balansında bir dənə də olsa, çalışmayan külək pəri qalmayacaq. Hər birinin ayrı-ayrılıqda bərpa olunub, şəbəkəyə öz enerji qatqısını verəcəyi nəzərdə tutulub”.


9 avqustda balansa köçürülmə ilə bağlı imzalanan sözü gedən o sərəncam:

Cəmil Məlikov: “Dövlət Agentliyinin balansında  bir dənə də olsa, çalışmayan külək pəri qalmayacaq”
Cəmil Məlikov: “Dövlət Agentliyinin balansında  bir dənə də olsa, çalışmayan külək pəri qalmayacaq”




Ü. Musazadə
VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter