• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Bu yay gavalı da yeyə bilməyəcəyik?

Azərbaycandakı meyvə bağlarındakı gavalı və tut ağaclarında xəstəlik aşkar edilib. VOİCEPRESS-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən bildirilib.

Məlumata görə, ölkə ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən VOİCEPRESS-ə verilən məlumata görə, Xaçmaz, Quba, Qusar, Lənkəran və Astara rayonlarında aparılan müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş ağacların, eyni zamanda meyvə bağlarındakı gavalı və tut ağaclarının Amerika ağ kəpənəyinə yoluxduğu aşkar olunub.

Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı 4858 hektar sahədə müşahidə işləri həyata keçirilib və 436 hektar sahədə sirayətlənmə qeydə alınıb.

İyunun birinci yarısından etibarən, ümumilikdə 148 hektar sahədə mexaniki, 210 hektar sahədə isə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin “SKOUT-28S-300” markalı çiləyiciləri vasitəsilə aparılması, mübarizənin operativliyini və səmərəliliyini bir neçə dəfə artırıb.

Hazırda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter