• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

Məktəbli formaları indi neçəyədir?

"Sabahdan etibarən Bakı Tikiş Evində məktəbli formalarının tikilməsinə başlanılacaq".
VOİCEPRESS bildirir ki, bu barədə Azvision.Az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

Onun sözlərinə görə, məktəbli formalarının qiymətləri ötən illə müqayisədə bahalaşıb: "Fabrikdə il ərzində 20, 25 min məktəbli forması tikilir. Ehtiyac olarsa əlavə formaların tikilməsi davam edəcək. Eyni zamanda məktəbli formalarının qiymətlərində də dəyişiklər olub. Parçalar Türkiyədən baha qiymətə alındığı üçün qiymətlərdə 8-9 faiz artım olacaq.

Məsələn, ibtidai siniflər üçün məktəbli formaları əvvəl 34 manat idisə, artıq 37 manatadır. Böyük siniflər üçün məktəbli forması 3 manat bahalaşaraq 46 manata satışa çıxarılacaq".

E.Əzimov qeyd edib ki, sifariş olarsa, məktəbli formalarında dəyişikliklər aparılacaq: "Məsələn, qış fəslində məktəbli qızlar üçün şalvarların tikilməsi mümkündür. Bundan əvvəl, müəllimlərin vahid formaya keçəcəyi bildirilirdi. Sifariş olmadığı üçün bu işə başlamadıq".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter