Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər

İqtisadiyyat / Manşet

4 035

Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər
Azərbaycanın təbii qaz hasilatını illik 40 milyard kubmetrə çatdırmaq imkanı var. Bu fikirləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda öz işinə başlayan beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında səsləndirib.SOCAR-ın prezidenti deyib ki, ötən 10 ildə Azərbaycanın təbii qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 milyard kubmetrə çatdırılıb. SOCAR-ın “Azneft” İstehsalat Birliyi indiyədək 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq.R.Abdullayev bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə ümumilikdə 41 milyard dollar investisiya yatırılıb. 2024-cü ilədək AÇG-dən 5 milyard barel neftin hasil olunması nəzərdə tutulur.

"Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqları blokunun işlənməsinə yatırılan vəsaitin həcmi 41 milyard dollardan artıq olub.

Bundan başqa, neftvermə əmsalının artırılması ilə 4 milyard barel əlavə neftin hasil edilməsi planlaşdırılır.

VOİCEPRESS.AZ

Ранее » “Azərenerji” ötən ili 870 mln. manatdan artıq zərərlə başa...« Далее Türkiyənin Baş naziri: Ankara və Bakı energetika sahəsində bəz...