• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Azərbaycandan Gürcüstana gedən turistlərin sayının azalacağı gözlənilir

Təkcə ötən il 114 min Azərbaycan vətəndaşı istirahət üçün Gürcüstanı seçib,
Manatın devalvasiyasından sonra Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb. Buradakı turizm şirkətləri isə yay mövsümündə daha çox endirimlər etmək istəyirlər ki, müştərilərini itirməsinlər.

Qarşıdan gələn yay mövsümündə azərbaycanlıların əsas istirahət məkanlarından olan Gürcüstana yenə də əvvəlki axınla üz tutacaqlarmı? Bu, gürcü ekspertlərin də diqqətindədir. Çünki bu dəfə Azərbaycanın milli valyutası ötən ilki gücündə deyil. Turizm agentlikləri də məhz bu amilin azərbaycanlı turistlərin sayına təsir edə biləcəyini düşünür.

"Azərbaycan manatı zəiflədikdən sonra əvvəlki dövrlə müqayisə etsək ölkənizdən bura çox az turist gəlir. Hətta Tiflisdəki böyük otellər sırf azərbaycanlı turistlər üçün ayrıca qiymət təyin etməyi düşünür. İnsanlarınızın Gürcüstana gələ bilməsi üçün bu cür ideyalarla çıxış edən mehmanxanalarımız var", - Turizm agentliyinin rəhbəri Mixeil Çerkezişvili bildirdi.

Azərbaycanlı turistləri itirmək təbii ki, həm mehmanxanaların büdcəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına böyük zərər verərdi. Təkcə ötən il 114 min Azərbaycan vətəndaşı istirahət üçün Gürcüstanı seçib, yəni həmyerlilərimiz bu ölkənin turist siyahısında birinci yerdə qərarlaşıb. Hətta bu ilin birinci rübündə belə bu tendensiya saxlanılır.


VOİCEPRESS.AZ


рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter