• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

İlham Əliyev sərgilərə baxdı

Prezident Qida Sənayesi və Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub.

Azərbaycan prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən sərgilərlə tanış olub. VOİCEPRESS-in anspress-ə istinadın verdiyi məlumatına görə, dövlət başçısı XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi və X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak edib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına sərgilərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.

Beynəlxalq Kənd Təsərrüfatı sərgisi 19-21 may tarixində davam edəcək. Bu il “Caspian Agro 2016” sərgisində Almaniya, Gürcüstan, İndoneziya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edir. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edir.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter