“Manat bir ildə necə üzdü” – EKSPERT RƏYİ

  • 21-12-2016, 15:41
  • 1 026
“Manat bir ildə necə üzdü” – EKSPERT RƏYİ
VOİCEPRESS fins.az-a istinadən xəbər verir ki, “Üzə bildikmi” dırnaq arası bu sualla ekspert Samir Əliyev manatın bir il öncə bu gün ki tarixdə baş vermiş devalvasiyası ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. Ekspert bu bir ildə manatın yaşadığı və bizə yaşatdıqlarını qələmə alıb. Fins.az İqtisadçı ekspert Samir Əliyevin fikirlərini təqdim edir
Üzə bildikmi?

Bir il əvvəlin bu günü – dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48% itirdi. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9% möhkəmlənə bildi. Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın dollara münasibətdə məzənnəsi 1,49 manata qədər möhkəmləndi. Ancaq manat sonrada mövqelərini itirməyə başladı. Son bir ildə manat daha 13% dəyərsizləşdi və hazırda proses davam edir.

Devalvasiya geniş əhali kütləsini həm də yeni terminlə - “üzən məzənnə” ilə tanış etdi. Həçmin dövrdən başlayaraq bu termin daha çox əhali tərəfindən xalq yaradıcılığının müxtəlif janrlarında işlənməyə başladı. Son günlər isə hökumətin “tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb.

Üzən məzənnəyə keçidlə əlaqədar yanvar ayından başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracları keçirilməyə başladı. Həmin hərracların məqsədi tələb-təklif əsasında manatın gündəlik məzənnəsini müəyyənləşdirmək olsa da hərracın nəticələrinin məzənnəyə təsiri az idi. Hərraclar daha çox valyuta bazarında dollara olan tələbatın səviyyəsinin dəyişməsi tendensiyasını öyrənmək üçün indikator rolunu oynayırdı. Dollar qıtlığı fonunda hərrac məlumatları bazarda spekulyasiya təşəbbüslərini artırmaqla ona neqativ təsir edirdi. Elə buna görə də Mərkəzi Bank hərracın keçirilməsi formatını dəyişmək məcburiyyətində qaldı və məlumatların açıqlanmasını məhdudlaşdırdı. Təxmini hesablamalara görə, bu günə qədər hərrac vasitəsilə ümumilikdə 5,5 milyard dollar satılıb ki, bunun əsas hissəsi Neft Fondunu üzərinə düşür.

Üzən məzənnəyə keçid bizə nə verdi?

Üzən məzənnəyə keçid elan ediləndə 3 hədəfə nail olunması qarşıya məqsəd qoyulmuşdu: tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması
Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20%-ini “qurban” verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23.4% (347 mln. USD) azalıb. Tədiyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.

Üzən məzənnə bəzi texniki prosedurları saymasaq maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermədi. Məzənnənin hərracın nəticəsinə yox Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox qapalı Bloomberg platforması vasitəsilə həyata keçirilməsi də bazar iştiraçılarının sayını xeyli məhdudlaşdırdı.

Üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Qonşu Rusiyadan fərqli olaraq Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirtdi, əlavə notlar buraxdı və s. Eyni zamanda Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı. Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.

Bu gün Azərbaycanın maliyyə sistemi amortizator nasaz olan avtomobilə bənzəyir. Amortizatoru pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır.

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 20:24Xurmanın insan orqanizmində yaratdığı möcüzələr Dünən, 20:11Mehriban Əliyeva: "Qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın əldə etdiyi nailiyyətlər dünyada model kimi qəbul olunur" Dünən, 19:14Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb Dünən, 18:17Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib Dünən, 17:19"Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir" Dünən, 17:11İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır" Dünən, 15:20Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlandı Dünən, 15:13Hollandiyadan tarixi soyqırım qərarı Dünən, 14:15AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir Dünən, 13:27Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub Dünən, 13:14İsrail 3 nöqtəni bombaladı - Gərginlik artır Dünən, 12:29Çin-Hindistan sərhədində GƏRGİNLİK Dünən, 12:10Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR Dünən, 12:0280 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı Dünən, 11:32Əli Laricani Rusiyanı müdafiə etdi Dünən, 11:30376 jurnalist prezidentə etiraz etdi Dünən, 11:21Genetik müayinəsiz doğulan növbəti anomaliya... Dünən, 10:35Qızıl cüzi ucuzlaşdı Dünən, 10:24Yerli istehsal və ixracatın stimullaşdırılması Dünən, 10:13Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb Dünən, 09:28Cəbhədən YENİ XƏBƏR Dünən, 08:44General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir Dünən, 08:39Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir Dünən, 08:07Neft bahalaşdı 26-06-2017, 18:12Stefan Lyoven: "Ölkədəki bütün keşişləri eynicinslilərin nikah mərasimini keçirməyə məcbur etmək lazımdır" 26-06-2017, 18:02Azərbaycanlı deputatdan erməni iddialarına – Sərt reaksiya 26-06-2017, 17:59"Normand dördlüyü" görüşə hazırlaşır 26-06-2017, 17:58Bakıda top mərmisi tapılıb 26-06-2017, 17:50Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir 26-06-2017, 17:43İranda neft emalı zavodunda yanğın: 100-ə yaxın yaralı var 26-06-2017, 16:48Binəli Yıldırım: "Bu sevdadan əl çək" 26-06-2017, 16:26Bayrağımız Krımda dalğalanacaq – Poroşenko söz verdi 26-06-2017, 16:04Makron Rusiyanı təcavüzkar adlandırdı 26-06-2017, 15:25"Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələr bu axşam açılacaq 26-06-2017, 15:23Şeyx: Arzu edirəm ki, Qarabağ torpağında azan səsi gəlsin 26-06-2017, 15:20Moskvada təhlükənin sarı səviyyəsi elan edilib 26-06-2017, 15:18Millimizin futbolçusunun baş məşqçisi erməni oldu 26-06-2017, 15:10Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? 26-06-2017, 15:05Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var 26-06-2017, 14:56Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
Все новости
VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir