Eks maliyyə naziri: " Dövlət xərclərinə nəzarəti gücləndirib, onları maksimum azaltmaq yolu ilə valyuta bazarına təziqlərin qarşısını almaq olar"

  • 23-12-2016, 14:23
  • 532
Eks maliyyə naziri:

Fikrət Yusifov: "FES-nin bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahlaşması baş verəcək"




VOİCEPRESS-in eksklüziv müsahibi sabiq maliyyə naziri, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur:




-Dollardan imtina Türkiyə və region ücün hansı iqtisadi sürprizlər vəd edir və bunun Azərbaycandaki türk iw adamlarının fəaliyyətinə birmənali təsirinin Azərbaycan iqtisadiyyatına təsiri növbəti devalivasiyaya səbəb ola bilərmi?


[justify]
-Bu qərar təbi ki, Azərbaycan manatının da, məzənnəsinə müəyyən təsir göstərəcək. Ancaq bizdəki problem tək bundan ibarət deyil. Bəlli məsələdir ki, neftin qiymətlərinin kəskin azalması səbəbindən baş verən valyuta itkiləri ölkənin maliyyə bazarında ciddi gərginlik yaradıb. Vəziyyətdən çıxışın yeganə doğru yolu iqtisadiyyatın real sektorunu inkişaf etdirmək və bu istiqamətdə hökumətin qəbul etdiyi qərarları layiqincə icra etməkdən keçir. Bu gün bütün səviyyələrdə sahibkarların fəaliyyətinə məmur müdaxiləsinə dur deyilməlidir. Eyni zamanda dövlət xərclərinə nəzarəti gücləndirib, onları maksimum azaltmaq yolu ilə valyuta bazarına olan təziqlərin qarşısını almaq olar". Bütün bunlar ediləcəyi halda tədricən maliyyə sabitliyinə nail olmaq mümkün olacaq.



-Fikrət müəllim, hal hazrıda dolların qara bazarda satılması ilə mübarizə aparıldığının şahidi oluruq. Ancaq eyni zamanda heç bir bank dollar satmır. Bankların dolar satmaması qara bazarın fəaliyyətinə zəmin yaratmırmı?



-Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq barəsindəki son qərarı çoxdan gözlənilirdi. Lakin ötən il olduğu kimi bu dəfə də, FES bu qərarı ilin son ayında - dekabrda verdi. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankının bahalı dollar siyasəti dünya maliyyə sisteminə nə vəd edir? Təbi ki, FES-nin bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahlaşması baş verəcək. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FEC 2017-ci ildə uçot dərəcəsini iki dəfə qaldırmaq barəsində öncə qəbul edilmiş qərara da düzəliş edərək, bu artımın gələn il üç dəfə baş verəcəyini bəyan etdi. Beləliklə gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür. Bu isə olduqca ciddi bir məsələdir. Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı doııar neftin qiymətlərinin hansı səviyyəyə qədər düşməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu sualların hələlik cavabı yoxdur. Daha doğrusu bu cavablar var, ancaq onları ABŞ-ın iqtisadi və maliyyə siyasətini sərgiləyən beyin mərkəzləri bilir.




-Azərbaycanın xarici borcu 10 milyardı ötüb. Nəzərə alsaq ki, dollarıın məzənnəsinin yüksəlişi müşahidə edilir, belə bir vaxtda Azərbaycanın Asia İnkişaf Bankından 3 milyard dollar məbləğində borc götürməsi hansı iqtisadi proqnozlarla müşahidə olunmalıdır?
Ümumiyyətlə sizcə bu qədər borca girməyə ehtiyac varmı?


-Son iki ilə qədərki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib. Belə ki, 01 yanvar 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollarardan, 7,6 milyard dollara çatıb. İqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin azalması səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı bir dövrdə bunu böyük artım adlandırmaq nə qədər məntiqlidir? Sadəcə manatın son iki kəskin devalvasiyasından sonra bu borcun həcmi manat ifadəsində artıb. Əgər manatın məzənnəsində iki kəskin devalvasiya baş verməsəydi, onda bu günə mövcud olan 7,6 milyard dollar xarici borcumuz, milli valyuta ilə cəmisi 5,9 milyard manat təşkil etmiş olardı. Bütövlükdə xarici borcumuz Ümumi Daxili Məhsulun 20 faizdən bir qədər artıq hissəsini təşkil edir. Xarici borcun həcmi ÜDM-un 50%-dən çox olduqda bu artıq düşünmək üçün bir əsas ola bilər. Əslində normal borclanma bütün hallarda məğbul sayıla bilər. Bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nun az qala 100%-i həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə isə bu göstərici onların ÜDM-nu bəzən bir neçə dəfə üstələyir.


-Bir sıra iqtisadçı ekspertlər iddia edir ki, 2017-ci ildə xidməti xərclərinin 96%-i dövlətin xarici borclarının ödənilməsinə xərclənəcək... Belə olan halda 2017 -ci il üçün hansı iqtisadi proqresdən xəbər verir?

-Gələn 2017-ci il bir o qədər də, asan olmayacaq. Bu səbəbdən də, ilk növbədə dövlət müəssisələri maliyyə vəsaitlərindən maksimum qənaətlə istifadə etməli və israfçılığın qarşısını almağa yönəli ciddi tədbirlər görməlidirlər. Dövlət xərcləmələrində ciddi qənaət rejimləri tətbiq etmək yolu ilə iqtisadi islahatların və struktur islahatlarının yüksək səviyyədə aparılması gələn ilin sonlarına yaxın vəziyyətin sabitləşməsinə gətirib çıxara bilər.


-ÜDM-yə əsasən Azərbaycanın xarici borcunun payı 20% -i ötüb. Ekspertlər iddia edir ki, bu göstərici ilin sonuna kimi 25% təşkil edəcəyi halda 2017 ilin sonuna kimi 40%-a çata bilər. Bu isə bir ölkə üçün ən kritik iqtisadi böhran vəziyyətindən xəbər verir. Buna münasibətinizi bilmək istərdik...

-Ölkəyə böyük neft pullarının gəlməyə başladığı 2008-ci ildən sonra iqtisadiyyatda ilk dəfə idi ki, rəsmi geriləmə qeydə alındı və ölkənin tədiyyə balansı 2005-ci ildən sonra ilk dəfə idi ki, kəsrlə formalaşdı. Neft gəlirlərinin bir neçə dəfə azalması, iqtisadi aktivliyə kifayət qədər mənfi təsir edə bildi. Ən böyük geriləmə isə tikinti sektorunda baş verdi. Aydın olmayan səbəblərdən qeyri-neft sekrorundan ixracın həcmi də, kəskin şəkildə azaldı. Bank sektorunda ciddi problemlər yaşandı. Ondan artıq bankın fəaliyyətinə xitam verildi. Manatın 2015-ci ildə baş vermiş iki kəskin devalvasiyasından sonra banklardan xarici valyutada kredit götürən vətəndaşlar daha ağır durumla üz-üzə qaldılar. Real olaraq, bank sistemi iflic olma həddinə gəlib çatdı. Bir qədər öncə isə enerjidaşıyıcılarının qiymətləri artırıldı. Bütün bunlar dünyada baş verən iqtisadi və maliyyə böhranının Azərbaycanda törədə bildiyi fəsadlar idi. Yaranmış vəziyyətdə Azərbaycan höküməti ölkə iqtisadiyyatının mövcud durumdan çıxmasını təmin edə biləcək bir çox qərarlar qəbul etdi. Bu qərarların icrası normal təmin etməklə bərabər, yaxın bir neçə il ərzində mövcud durumun aradan qaldırılması mümkündür. Bunun üçün bütün səylər bir araya gətirilməli və ən azından yaxın bir il ərzində maliyyə bazarında sabitliyin yaradılmasına nail olunmalıdır. Valyuta bazarı tam nəzarətə götürülməli və buradakı özbaşınalığa son qoyulmalıdır. İş adamının qarşısında əngəl yaradan hər hansı bir məmur isə ən sərt formada cəzalandırılmalıdır.



-Məlum qiymət artımı kimi xaotik iqtisadi durumdan çıxış yolu varmı?



-Neftin qiymətlərində OPEK-in son qərarından sonra baş verən artımların nə qədər davamlı olacağına təminat vermək mümkün deyil. Əgər neftin qiymətlərinin aşağı düşməsi doğrudan da təkcə bazarda olan 1,5-1,8 milyon barel nef artıqlığı hesabına baş versəydi, onda problemin OPEK-in son qərarından sonra həll ediləcəyinə güvənmək mümkün idi. Lakin neftin qiymətlərində son iki il yarımda baş verən proseslər məsələnin siyasi tərəflərinin kifayət qədər ciddi olduğunu sübut etdi. Bu məsələdə hər bir mütəxəssisin, hər bir iqtisadçının öz baxışları var. Bu da təbiidir. Kimlərsə bu gün nefin qiymətlərinin 55-60 dollar arasında sabitləşəcəyini, kimlərsə bunun 60-70 dollar arasında dəyişəcəyini yazır. Ancaq biz hesab edirik ki, qiymətlərin siyasi tərəfləri kifayət qədər ciddi olduğundan, onların artaraq, müəyyən bir səviyyəyə çatacağı və o səviyyədə sabitləşəcəyi inandırıcı görünmür. Əlbəttə ki, Azərbaycan hökuməti neftin qiymətinin yüksəlməsində çox maraqlıdır. Çünki qiymətlərin kəskin şəkildə aşağı düşməsi ölkəmizin vayuta gəlirlərinin əsaslı şəkildə azalmasına səbəb olub. Keçən il manatın iki dəfə kəskin devalvasiyaya məruz qalması və bu gün valyuta bazarında yaşanan gərginliklər məhz ölkədə möhkəm valyuta çatışmazlığı ilə bağlı olan məsələlərdir. Əgər OPEK-in son qərarından sonra qiymətlər doğrudan da, müəyyən bir həddə qədər qalxıb orada da sabitləşərsə, onda ölkənin valyuya gəlirləri arta bilər və bu da öz növbəsində milli valyuta məzənnəsinin sabitləşməsinə əsas yaradar.




Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir