Rövnəq Abdullayev: SOCAR-ın Türkiyədəki investisiyaları 18 milyard dolları keçəcək

İqtisadiyyat / Manşet

1 406

Rövnəq Abdullayev: SOCAR-ın Türkiyədəki investisiyaları 18 milyard dolları keçəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə iqtisadiyyatına investisiyaları 18 milyard dolları keçəcək. VOİCEPRESS-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Anadolu agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, SOCAR-ın Türkiyədəki ən iri investisiyalarından biri “STAR” neft emalı zavodunun inşasına yatırılan sərmayədir.

R.Abdullayev bu layihə üzrə işlərin 80 faizinin başa çatdığını və zavodun 2018-ci ildə istismara veriləcəyini deyib.

SOCAR prezidenti həmçinin, TANAP boru kəməri üzrə də tikinti işlərinin davam etdiyini bildirib:

“Hazırda TANAP-ın tikintisinə xarici maliyyələşmənin cəlb olunması üçün banklarla danışıqlar aparılır. Layihəyə 4 milyard dollar investisiyanın cəlb olunması imkanı var. Bundan başqa, “Cənub Qaz Dəhlizi” şirkətinin TANAP-dakı 58 faizlik payının 8 faizinin SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey”ə verilməsi qərarı var. Bu sazişin yaxın zamanlarda əldə olunacağı gözlənilir”.


VOİCEPRESS.AZ


Ранее » Sabahın məzənnəsi ən azı 1,7525 AZN/USD olacaq« Далее Ekspert: " Federal ehtiyyat sisteminin qərarının Azərbaycana təs...
Flag Counter