Fərhad Əliyev: "Məqsədimiz alternativ və bərpa olunan enerji sahəsi üzrə mütəxəssislər yetişdirməkdir..."

  • 20-12-2016, 19:45
  • 1 360
Fərhad Əliyev:

VOİCEPRESS-in müsahibi Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji sahəsi üzrə ilk ixtisaslaşmış mütəxəssis, Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin sədri Fərhad Əliyevdir:


-Fərhad müəllim, bildiyimiz qədəriylə Alternativ və Bərpa Olunan Enerji Agentliyi ilə də, birgə çalışmalarınız olub, eləmi?


-Bəli, Alternativ və Bərpa Olunan Eenerji Dövlət Agentliyi ilə, təbii ki, işləyirik. İlk olaraq, elə onu qeyd edim ki, biz agentliklə Azərbaycanda alternativ, bərpa olunan enerji, enerji səmərəliliyinin birinci qanunvericiliyinin təkmilləşdirilməsi, Avropa qanunvericiliyinə bənzətmək və Azərbaycanda ilk dəfə olaraq, belə böyük bir layihə həyata keçirdik. Çünki bilirsiniz, Azərbaycan və Avropa qanunvericiliyi arasında çox fərq var. Və bu fərqi silahsız gözlə də, görmək mümkündür.


-Neçənci ildə bu layihəni həyata keçirmisiniz?

-2009-cu ildən 2011-ci ilədək. Bu layihəni bizim akademiya üzvləri təhlil etdilər. O zaman biz ilk öncə Avropa qanunvericiliyini öyrəndik. Keçmiş SSRİ-nin, Rusiyanın, Almaniyanın , Meksikanın, Kazakhstan, İspaniya, İngiltərə, Avstriya və s. ölkələrin qanunvericiliyini öyrəndik, təhlil etdik. Bizə həm professorlar, ekspertlər, həm də hüquqşünaslar qoşuldu. Biz elmi tərəfdən öz təhlilimizi apardıq. Hüquqşünaslar isə hüquqi tərəfdən yanaşdılar. Alternativ enerji effektivliyi qanunvericiliyinə 21 sənəd hazırladıq. Əslində sənəd 23 sənəd idi. Lakin agentlik bizdən 21-ni qəbul etdi. Biz tək deyildik. Beynəlxalq komanda ilə işləyirdik. Almaniyadan, Rusiyadan, İsveçrədən, Türkiyədən, təcrübəli professorlarla işləyirdik. Çünki onların bu sahədə təcrübəsindən yararlanmaq lazım idi. Ona görə də, biz sənədi hazırlayanda ilk növbədə Azərbaycan energetika nazirliyinə və dövlət komitələrinə göndərdik. Çünki hər nazirlik öz rəyini verməlidir.


-Onlar hər layihə üçün irad və təkliflərini bildirirlər?


-Əslində bu bizim özümüzə lazımdır. Cənab İlham Əliyev 2020-ci ilə qədər Azərbaycanın inkişaf proqramını müəyyən edib. Bu proqrama daxil olan işlərdən biri də alternativ və bərpa olunan enerji sahəsinin payını 20%-ə qədər qaldırmaqdır. Biz neft qaz ölkəsiyik və ekologiyanın çirklənməməsi üçün alternativ və bərpa olunan enerji sahəsinin inkişaf elətdirilməsi, məhz bu sahədən alınana enerjinin istehlakı bizim üçün çox vacibdir. Bununla biz neftə qaza qənaət etmiş olarıq. Bəzi ucqar rayonların təbii qaz təminatında çətinliklər müşahidə olunur. Ona görə də, belə yerlərdə alternativ və bərpa olunan enerji mənbələrindən istefadə edərək həmin bölgələrdə istilik sisteminin təmin olunmasına nail olmaq olar. Bu səbəbdən də, biz hazırladığımız sənədləri maliyyə nazirliyinə göndərdik ki, bu layihəyə sərf olunacaq vəsaiti araşdırsınlar və icra ilə bağlı qərar versinlər Onlar da, öz irad və təkliflərini verdilər. Biz isə proqramımızda olan boşluqları yenidən işləyib energetika agentliklərinə göndərdik. Onlar da, analiz edib parlamentə göndərməli idilər. Bilmirəm göndəriblər ya yox, ancaq parlamentdə bu məsələ indiyə qədər qaldırılmayıb.

- Hansı məsələ qaldırılmaslı idi? Konkret olaraq söyləmək mümkündürmü?


-Bu layihə artıq hazırlanıb. Parlamentə təhfil verilməli idi ki, qanunvericiliyə keçsin. Əgər istəyiriksə Azərbaycanda enerji səmərəliliyini inkişaf elətdirək, mütləq bunu qanunvericiliyə keçirməliyik. Məsələn, xarici investorlar qanunvericilikdə olmayan heç bir proqram üçün maliyyə ayırmırlar.


- Bu günlərdə investisiya və turizm məsələlərinə parlamentdə toxunuldu. Ancaq bu məsələ qaldırılmadı.


-Bəli, çox təəssüf ki, qaldırılmadı, ancaq toxunulmalı idi. Çünki investorlar qanuni olmayan heç bir layihəyə güvənib maliyyə yatırmırlar.



-Sizin də, iştirakınız ilə ilk dəfə olaraq, BMT-nin sessiyaları 18-21 oktyabr tarixlərində Cenevrədə yox, məhz Bakıda keçirildi. Sözü gedən sessiyalarda 400-dən artıq xarici mütəxəssis iştirak edirdi. Sizcə xaricilər Azərbaycandan hansı təəssüratlarla ayrıldılar?

-Birmənalı olaraq, xoş təəsüratlarla ayrıldılar. Başqacür ola da, bilməzdi. Onlar alternativ və bərpa olunan enerji sahəsi üzrə Azərbaycanın malik olduğu potensiala sözün əsl mənasında məhtəl qalmışdılar. Lakin qeyd etmək gərəkir ki, onlar bu cür potensialla daha tez və daha çox səy göstərməli olduğumuzu dönə-dönə vurğuladılar. Fikir verdinizsə,orada bəzi ekspertlər dəfələrlə öz çıxışlarında alternativ və bərpa olunana enerji sahəsi üzrə dövlət qanunvericiliyinin ciddi şəkildə hazırlanmasına ehtiyac duyulduğunu bildirdilər. Hesab edirəm ki, mövcud durumda Azərbaycanın sahib olduğu əlverişli coğrafi şərait və çoxşaxəli enerji potensialı bu sahənin qanunvericilikdə ciddi şəkildə özünü əks etdirməlidir. İstənilən investor qanuni olmayan heç bir layihəyə imza atmaz . Energetika hər zaman ən etibarlı sahələrdən biri, olsa da, bu qanunvericiliklə özünü təsdiq etməlidir. Bu gün Azərbaycanda məhz alternativ və bərpa olunan enerji sahəsinə yatırım etmək niyyətində olan investorlar, ilk növbədə istehsal edilən enerjinin hansı tarif üzrə istehlakı ilə maraqlanırlar ki, bu da, demək olar ki, bizdə tam olaraq özünü doğrultmayıb. Yəni alternativ və bərpa olunana sahə üzrə bu gün demək olar ki, bizdə bazar qiymətləri qanunvericiliklə tənzimlənməyib. Bu da, özü özlüyündə xarici inveestorlar üçün sual işarəsinə səbəb olur.


-Sizcə alternativ enerjidən alınan enerji ənənəvi enerjidən baha olmalıdır ya ucuz?

-O, baxır bu enerji nədən alınır. Günəşdən alınan enerji bizə daha ucuz başa gəlir. Çünki Azərbaycan günəşli ölkədir. Səhv etmirəmsə məhz günəşdən ildə 1500-2000 kv.saat enerji alınır. Külək hər yerdə ola bilməz. Misal üçün Xınalıqda küləkdən ildırım səbəbindən enerji almaq mümkün deyil. Ona görə də, biz günəş və bioqazdan enerji almalı olururq. Məsələn kənd təsərrüfatı olan yerlərdə yaxşı investisiya qoyulsa mal-qaranın tullantılarından da, enerji əldə etmək olar. Sonra 6 çayın axıb töküldüyü Qudyal çayda xüsusi dambalar tikməklə enerji almaq olar. Ümumiyyətlə bu cür layihələrin reallaşdırılması birmənalı olaraq, bölgələrdə, xüsusən də ucqar rayonlarda əhalini daimi enerji ilə təmin olunmasına yönəlməlidir.



- Bizə elə gəlir ki, bu sahədə enerji potensialımız kifayət qədərdir, lakin bunu həyata keçirmək üçün yetəri qədər kadr potensialımız yoxdur...

-Düzdür, bu özü özlüyündə bir həqiqətdir. İstedadlı kadrlarımız var, ancaq azdır. Bizim ən böyük bədbəxçiliyimiz Azərbaycanda elm sahəsinə maliyyənin az, bəzən də heç ayrılmamasıdır. Hal- hazırda bir layihə üzərində işləyirik. Məqsədimiz alternativ və bərpa olunan enerji sahəsi üzrə mütəxəssislər yetişdirməkdir. Hazırda da, bu sahə üzrə istedadlı mühəndislər yetişdirmək üçün biz Rusiya, Pakistan, Çin, və s. ölkələrin universitetləri ilə danışıqlar aparıb, onların təcrübəsini öyrənirik. Mən tez-tez xarici universitetlərdə oluram. Onlarda çox güclü mobil laboratoriyalar var. Etiraf edək ki, bu gün tələbələr nə qədər oxusa da, əsas biliyi laboratoriyada alırlar. Azərbaycanda indi yeni bir dəb yaranıb, distant təhsil. Bu yaxınlarda mən Fransada oldum. Onlar qeyd etdilər ki, onlarda da, distant təhsil var. Lakin hümanitar sahədə 90%, energetika sahəsində 60-70% təşkil edir. Çünki energetika sahəsində tələbələr öyrəndiklərini mütləq sürətdə laboratoriyalarda tətbiq etməlidirlər. Ona görə də, biz çalışırıq bütün bunları burada yaradaq. Ən azından bakalavr səviyyəsində olmasa da, magistr səviyyəsində etmək lazımdır. Çünki bir çox ölkələrdə də, bu bakalavr səviyyəsində deyil. Tələbələr ya industrial istehsal enerjisini, ya elektrik enerjisini öyrənirlər və sonra magistratura pilləsində alternativ enerjini öyrənə bilirlər.


-Bu gün bizdə tələbələr üçün "master klass"-lar yaratmaq və xarici mütəxəssislərin seminarlarına ehtiyac varmı?


-Əlbəttə ki, var. Bununla bağlı biz artıq çoxdandır öz fəaliyyət proqramımızla bir sıra əməkdaşlıqlara imza atmışıq. Hazırda ikili diplom sistemi aktualdır.Yəni tələbələr həm burda oxuyurlar, həm xaricdə öyrəndiklərini möhkəmləndirə bilirlər. Əvvəl bizdə İngiltərə və Türkiyə universitetləri ilə ikili diplom üzrə ixtisaslaşmaq mümkün idi. İndi isə Portuqaliya və İspaniya universitetləri ilə də, ikili diplom üzrə təhsil almaq imkanı reallaşdırılır. Tələbələrimiz həm burada ,həmdə xaricdə təhsil almaq imkanına malikdir. Eləcə də xarici tələbələr həm öz vətənlərində, həm də Azərbaycanda təhsillərini davam etdirməkdə çətinlik çəkmirlər. Bununla yanaşı biz nəinki tələbə mübadiləsi, həm də, müəllim və kadr mübadiləsi prosesini də, aktuallaşdıra bilmişik. Bu təhsil sahəsində, deyərdim, olduqca mühüm və önəmli məsələdir. Bizim müəllimlər bu gün xaricdə istənilən universitetedə 2-3 həftə dərs deyib dönürlər. Xarici müəllimlər gəlıib bizim universitetlərdə dərs deyirlər. Mənim hal hazırda 4 tələbəm var ki, mən bu dəqiqə onların İspaniya universitetlərində öz təhsillərini davam etdirməsinə çalışıram. Bu çox sevindirici haldır. Çünki ən azı iki ildən sonra həmin tələbələr ixtisaslaşmış kadr kimi vətənə dönüb burada bizlərlə bərabər kadr hazırlanmasına dəstək verə biləcəklər.


-Maraqlıdır xaricdə ikili diplomlu təhsil ödənişlidir yoxsa dövlət maliyyələşdirir?


-Biz hər il müqavilələr bağlayırıq. Hər il 5 tələbəni ikili diplom sistemi ilə xaricə göndərə bilirik. Bunlardan biri 100% layihə tərəfindən maliyələşdirilir. İkincisi isə çox zaman duruma görə dəyərləndirilir. Ola bilsin ki, o da layihə tərəfindən maliyələşdirilsin, amma bu çox zaman özünü doğrultmaya da, bilir. Əgər onlardan bizə 3 tələbə gəlirsə, bizdən də, 3 tələbə həmin ölkənin universitetinə yola salınarsa, heç bir tərəf ödəniş etməli olmur. İndi biz çalışırıq ki, bu üç tələbənin hər biri məhz layihə çərçivəsində təhsil almaq imkanından yararlana bilsin. Biz gənclərin təhsil alması üçün gərəkən şəraiti yaratmalıyıq ki, onlar da, bir müddətdən sonra Azərbaycana tam ixtisaslaşmış kadr kimi dönsünlər.



-Bizdə son vaxtlarda tələbələr arasında xaricdə oxumaq marağı çox artıb. Bəs xaricdən necə Azərbaycana gəlmək istəyən tələbələr varmı?


-Əlbəttə böyük maraq var. Bizim Memarlıq və İnşaat Universitetinə gələn tələbələr arasında çox sayda xarici tələbə var. Onlar burada həm "Erasmusla", həm də ikili diplomla gəlirlər. İkili diplomla Türkiyə universitetlərindən gələnlər daha çoxdur. Bu ildən etibarən Portuqaliya və İspaniyadan da, xarici tələbələrin axını gözlənilir. Bilirsiz, bunu bir qədər də, təbliğ etmək lazımdır. Təbliğat azdır. Bizim İnşaat, Ekologiya və Memarlıq sahələri üzrə yüksək kvalifikasiyaya malik güclü professor və ekspertlərimiz var.
İspaniya universitetindən bizə 3 tələbə, bir müəllim gəlmişdi. Müəllim altı ay dərs dedi burada. Gələn tələbələrdən biri qayıtdı, ikisi isə hələ də, buradadır. Ərəb dövlətlərindən, İrandan, Dağıstanda gələn tələbələr həddindən ziyadə çoxdur. Bu həm də, Azərbaycanın imicinə çox yaxşı təsir edir.
Bilirsiniz, gərək bizim istedadlı professorlar məqalələr yazsınlar, dünyanın ən güclü jurnallarında dərs olunsunlar. Əlbəttə ki, bunun üçün mütləq sürətdə ingilis dili biliyi də, olmalıdır. Professorlarımızın çoxu da, yaşlı təbəqə olduğu üçün biz onlara bunu təklif edəndə " bundan sonra gedim dil öyrənim?" deyirlər. Əlbəttə ki, bu onlar üçün çətindi.






Aysel isgəndərova

VOİCEPRESS.AZ

Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
    ABŞ-dan növbəti “səhv”: 200 ölü
    Tereza Mey teraktda yaralananlara baş çəkdi
    Dənizkənarı Milli Parkda konsert keçirildi
    Facebook dostlarımızdan biri ölərsə... – PSİXİATR YAZIR
    Bu qidaları səhər yeməyində yemək qətiyyən olmaz
    Voronenkovun qətli Rusiya tərəfindən terrordur
    Məhsulların arxasındakı xüsusi kodlara diqqət edin
    Londonda teraktı tərədənin kimliyi bilindi
    Ermənistan malları Bakının brend mağazalarında - HƏRBİ PALTARLAR
    Rafael Ağayev ata oldu
    Səfir:
    Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir
    Azərbaycan Ermənistandan 6 pillə irəlidədir
    Ekspert:
    Almaniya millisi Bakıya qələbə ilə gəlir
    Silah anbarlarında partlayışlar olub - İnsanlar köçürüldü - Ukraynada
    Ermənilər cəbhəboyu mövqelərimizi atəşə tutub
    Böyük Britaniyada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb
    Kiyev meriyasında Novruz bayramı münasibətilə konsert keçirilib
    Təltif olunan “Azəravtoyol” ASC-nin əməkdaşlarına mükafatları təqdim olundu
    Donald Tramp Tereza Meylə danışıb
    Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar - Psixoloq məsləhəti
    Ancelina Coli və Bred Pit barışdı
    Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı
    Babayan silah  qaçaqmalçılığında ittiham olundu
    Almaniya öz vətəndaşlarını deportasiya edir
    İran nefti bu həftə Belarusa çatdırılacaq
    Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırıldı
    Bürclər hansı xüsusiyyətləri ilə fəxr edə bilərlər?
    Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
    WhatsApp-da 4 YENİ FUNKSİYA
    Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var
    Hüsnü Mübarək azadlığa buraxıldı
    Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunub
    Böyük Britaniya parlamentinin önündə atışma: ölənlərin sayı artır
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir