İbad Hüseynovun Türkiyə Universitetində görüşü: "Azərbaycan qəhramanına olan danılmaz rəğbət..."

ibadhuseynov / Manşet

1 107

İbad Hüseynovun Türkiyə Universitetində görüşü:

Qardaş Türkiyədə Azərbaycan qəhrəmanına olan danılmaz rəğbət...

Niğdə Ömər Halisdəmir Universitetinin "1071 Malazgirt" Konfrans salonunda Niğdə Ömər Halisdəmir Universitetinin Sosiologiya fakültəsinin tələbələrinin qurduğu "Beynəlxalq Əlaqələr Klubu" Türk dünyasının qəhrəman oğlu, kəşfiyyat komandiri və Qarabağ veteranı İbad Hüseynov ilə görüşüblər. Çox həyəcanlı və maraqlı keçən görüş tələbələr tərəfindən böyük maraq və məhəbbətlə qarşılanıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, tələbə klubunun sədri azərbaycanlı Behbud Qurbanov qəhrəmana onların dəvətini qəbul etdiyi üçün sonsuz təşəkkür edib.

Klub Müşaviri Dr. Bülənt Kara Azərbaycan və Türkiyə arasında olan dostluğu və qardaşlığın daima olacağını və bundan sonra da inkişaf edəcəyini bildirib. Konfransda Dr. Bülənt Kara, yazar-şair, Azərbaycan və Türkiyə ədəbiyyatında yazıları, tərcümələri ilə tanınan İmdad Avşar, jurnalist, yazıçı Gülşən Behbud iştirak ediblər. Bu toplantıya İctimai Elmlər Peşə Yüksək məktəbi Direktoru Həmdi Doğan, Şəhid Ömər Halisdemirin doğma yurdu Dərəlinin Bələdiyyə sədri İleri Qoçaq, Niğdə Hüquq bürosu sədri vəkil Hüseyn Dəmirbilək və AK Partiya rayon rəhbəri və s. iştirak və çıxış ediblər. Orada Qəhrəmana müxtəlif hədiyyələr verilib.
İbad Hüseynov aprelin 18-də Çuxurluya gedərək burada Bələdiyyə sədri İləri Qoçaq və şəhid Ömər Halisdəmirin atası Həsən Hüseyn Halisdəmir ilə görüşüb, şəhidin qəbrini ziyarət edib. Azərbaycandan gətirdiyi xatirə hədiyyəsini təqdim edib.

Qəhrəman İbad Hüseynov Niğdə Ömər Halisdəmir Universitetinin Rektor Vəkili Prof. Dr. İlyas Gökhan və Rabitə Fakültəsinin Dekanı Prof.Dr Ziya Avşarı da ziyarət edib.

İbad Hüseynov aprelin 9-da Dünya Avşar Cəmiyyətinin təşkil etdiyi "DÜNYA AVŞAR KONGRESİ" nə dəyərli qonaq olaraq dəvət olunub. Konqresin açılış mərasimi əsnasında Türk Dünyasının Qəhrəmanı İbad Hüseynova "Dünya Avşar Üstün Cəsarət" medalı" təqdim edilib. Bundan başqa, Adanada, açılışı keçirilən bir kitabxanaya Qəhrəmanın adı verilib.

Aysel İsgəndərova
VOİCEPRESS.AZ

Flag Counter