Ürəyi dolu olanlara məktub...

ibadhuseynov / Köşə yazıları / Manşet

1 998

Ürəyi dolu olanlara məktub...
Ali məktəbdə oxuyanda bir müəllimim vardı dəqiq elmlərdən dərs deyirdi. Bir dəfə ev tapşırığını yerinə yetirməmişdim. Tələm-tələsik qrup yoldaşım Ələsgərdən köçürmüşdüm. Biz sovet rejiminin son nümayəndələrindən idik, mən də sinif nümayəndəsi idim. Müəllim tapşırıqları yoxladı mənə beş, Ələsgərə isə dörd yazdı. Ələsgər bir az demaqoqluq edərək, tapşırığı ondan köçürdüyümü müəllimə demişdi. Müəllim altdan-altdan onu süzüb və mənə baxıb: “Ələsgər, onu deməyinə ehtiyac yox idi. Mən Gülşənin tapşırığını yoxlayanda onun həyacanına və üzündə aldığı rəngləri nəzərər alıb ona beş yazdım. Ona o tapşırıq yox, isməti, abırı, həyası, dürüstlüyü, məsuliyyəti qalacaq. Sənin qiymətini isə elə tapşırığına görə verdim”. Sözümün canı, təhsil aldığım illər haqda məlumat vermək deyildi. Məqsədim həmin o qızın, həmin tələbənin üzündəki rəngləri, heç də bunlara layiq olmayan insanlara cavab verməkdən itirdim.

Amma mən həqiqətləri yazmağa davam edəcəyəm. Axır ki, hansısa insanoğlu bu yalan istehsalı ilə məşqul olan “canlı istehsal maşınlarına” dur deyəcək! Ümid edək ki, reallığa çevrilsin. Əks halda, gündəmə gəlmək adına mətbuatı belə zəhərləməyə davam edən bu canlı “istehsal maşınları” ümumilikdə informasiya ortamında sadəcə qınaq obyektinə səbəb olacaq bir faktora çevriləcək. Bu isə birmənalı olaraq, erməni məkirliyi qarşısında istehzalı gülüş doğurmaqdan başqa bir işə yaramayacaq. Amma sözü gedən o “canlı istehsal maşınları” bunun heç fərqində də deyillər. Elə bilirsiz onları İbad Hüseynova verilən vəsiqə narahat edir? Yoxsa vəsiqə üzərində ikicə sözün yanaşı işlənməsi onlarda ikrar hissi doğurur?

Qarabağ döyüşlərini əbədiləşdirməyə müvəffəq olan litvalı fotoqraf, Ricard Lopatis İbad Hüseynovun Qarabağda necə döyüşdüyünü hər dəfə qürurla danışdığı hadisələrdə öz əksini tapdığı halda, qanı qanımızdan, canı canımızdan olan özümüzkülər utanmadan, usanmadan mərdi qova-qova namərd etməyə niyyətlidirlər... Adamı yandıran məsələ də elə budur...

Vallah bu vəsiqə məsələsi niyə belə “dəb” halını almasına şərait yaradıb, gündəmi zəbt etməsini realizə edən süni və hətta aktuallığını itirmiş xəbərlərə can verməyə çalışanların məqsədinin nə olmasını bilmirəm. Amma onu deyə bilərəm ki, hər kəs Riçard Lopatis qədər reallığı etiraf etdirməyi bacaran kişilik sahibi olsaydı, zamanla hansısa səhvə yol verilmiş, daha sonra düzəliş olunmuş bir vəsiqə məsələsinin ucundan tutub ucuzluğa getməzdilər.

Bəzən xalq yazıçısı adını almamış insana biz xalqın yazıçısı deyə iltifat edirik. Nəyə görə bizi müdafiə edən, sağlamlığını itirən döyüşçümüzə millətin, xalqın döyüşçüsü, qəhrəmanı deyə müraciət etməyimiz qəbahət olur?

Axı biz müharibə şəraitində yaşayan bir dövlətik. Oğullar var ki, torpaqlarimizin azadlığı uğrunda ayaqlarını itiriblər, evdə oturub cəmi 100-140 manat təqaüd alırlar. Dövlət onlara milli qəhrəman adını vermirsə, sizcə onlar millətin qəhrəman və igid oğulları deyilmi? Niyə bu ürəkbulandırıcı, xırda-para məsələlərlə gənc nəsilin vətənpərvər ruhda yetişməsinə mane olurlar?

Erməni bizim torpaqlarimizi, mədəniyyətimizi, tariximizi, məkirli siyasətlərinin qurbanına çevirməyə davam edir axı... Bizlərsə, hələ söhbəti ilə başımızı girləndirib, ermeninin ağına söz veririk...

Cənablar, ey “vəsiqə”dən dəm vurub özlərini, kimliyini unudanlar, sapı özümüzdən olan “canlı baltalar”, bir-birimizi nə qədər qırsaq da, bəyənməsək də, hər birimiz bir ünvandan çıxış etdiyimizi unutmamalıyıq!

Ona görə də, dönüb bir özümüzə baxmağın zamanıdır. Hər birimizin başlıca düşmənimiz erməni və erməni məkirliyi olduğu halda, futbol meydançasındakı bəzi oyunçular kimi özümüzü qınaq obyektinə tutmaqla öz qapımıza “qol” vurduq deyə, sevincək, saytlarda tirajladığımız xəbərlərə son vermək gərəkir!







Gülşən Behbud
VOİCEPRESS.AZ


Flag Counter