Putin və Ərdoğan arasında telefon danışığı olub

Dünya / Manşet

1 559

Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.

Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır.


VOİCEPRESS.AZ


Ранее » Putin Trampla telefon danışığının detallarını açıqladı« Далее Moskvada 5G internet şəbəkəsi işə salınacaq