72 yaşlı qadın dünyaya uşaq gətirdi

Dünya / Manşet

3 862

72 yaşlı qadın dünyaya uşaq gətirdi
Hindistanda qəribə hadisə baş verib. 72 yaşlı qadın ana olub - övlad dünyaya gətirib. VOİCEPRESS-in "France Press" agentliyinə istinadla verdiyi məlumata görə, Daljinder Kaur adlı qadın ilk övladını iki kurs müalicədən sonra qucağına ala bilib. Ahıl qadın sonsuzluqdan müalicə edilib.
Kaurun həyat yoldaşının 79 yaşı var. Körpə aprelin 19-da dünyaya gəlib. Lakin bu barədə açıqlama ötən gün verilib. Məlumata görə, hind cütlük 46 il evlilik həyatı yaşayıb. Lakin artıq övlad sahibi olmaqdan ümidlərini kəsdikləri anda orqanizmdən kənar süni mayalandırma (EKO) proseduru haqqında eşidiblər.
Körpənin doğulduğu "National Fertility and Test Tube" tibb mərkəzindən verilən məlumata görə, oğlan uşağının çəkisi 2 kq-a yaxın olub.
Bu, Hindistanda qeydə alınan ilk belə hal deyil. Analoji hamiləlik bir neçə il öncə də baş verib. 2008-ci ildə Utar Pradeş ştatının 70 yaşlı sakini ana ola bilmişdi. Rajo Devi Lohan adlı qadın dünyanın ən yaşlı anası adına layiq görülmüşdü. Doğuş zamanı o ölümlə üz-üzə gəlsə də həkimlər qadını xilas edə biliblər.
Bu ilin aprel ayında isə Böyük Britaniyada yaşayan 55 yaşlı qadın üçəm dünyaya gətirib. Qadın 21 min dollar xərc çəkdikdən sonra hamilə qalmışdı.


VOİCEPRESS.AZ

Ранее » İŞİD Elvira Qarayeva adlı qadını edam etdi« Далее Türkiyə Aİ-nin şərtləriylə razılaşmır