Türkiyə ordusu Suriyada itkiləri açıqladı

Dünya / Manşet

781

Türkiyə ordusu Suriyada itkiləri açıqladı
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında 71 İŞİD hədəfinin vurulduğunu açıqlayıb.

VOİCEPRESS.AZ NTV-yə istinadən bildirir ki, TSQ-dən verilən məlumata görə, terrorçuların istifadə etdikləri sığınacaq yerləri, müdafiə mövqeləri, döyüş sahələri, silah-sursatları və hərbi avtomobilləri yararsız hala salınıb.
Türk Silahlı Qüvvələri (TSQ) "Fırat Qalxanı Hərəkatı"nın 74-cü günündə 1 zabitin şəhid olduğunu, 3 əsgərin yaralandığını, müxalif qüvvələrdən isə 5 əsgərin şəhid olduğunu, 22-sinin isə yaralandığını açıqlayıb. Qarşıdurmalarda 5 İŞİD terrorçusunun məhv edildiyi deyilir.



VOİCEPRESS.AZ


Ранее » Məşhur qəzetin 9 əməkdaşı həbs edildi« Далее Obama: “Qızlarımın kiminlə sevgili olacağı məni narahat etmir...