• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

"Deputat olmaq istəyən azərbaycanlının həyatı təhlükədədir"

Gürcüstan parlamentinə namizəd və seçkinin real qalibi hesab olunan azərbaycanlı Əhməd İmanquliyevin həyatı təhkükədədir.


VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə məlumatı Rustavi2 televiziyası yayıb. Məlumatda bildirilir ki, Əhməd İmanquliyevə qarşı təxribat hazırlanıb və ondan fiziki intiqam almaq istəyənlər hərəkətə keçib.

Məlumat üçün bildirək ki, Əhməd İmanquliyev namizədliyini Vahid Milli Hərəkat Partiyasından, 36-cı seçki dairəsindən vermişdi. Əhalisinin 92 faizi azərbaycanlı olan bu dairədə seçkinin saxtalaşdırıldığı, bu səbəbdən svan millətindən olan Tamaz Naverianın qalib gəldiyi bildirilir. Bu isə əhali tərəfindən narazılıqla qarşılanıb. Yerli əhali düşünür ki, 8 oktyabr parlament seçkilərində gözlədiyinin əksinə olaraq azərbaycanlılardan səs ala bilməyən hakim Gürcü Arzusu Partiyası dövlət resursları hesabına yerli əhaliyə etdiyi təzyiq kampaniyasını açıq saxtakarlıq və çoxsaylı qanun pozuntuları ilə yekunlaşdırıb.

Həmyerlilərimizin fikrincə, Gürcüstan hökuməti seçki qutusunda üzləşdiyi biabırçı məğlubiyyətin əvəzini müxalif Vahid Milli Hərəkat Partiyasının 36-cı seçki dairəsindən namizədi, seçkinin real qalibi Əhməd İmmaquliyevə fiziki cəhətdən zərər verməklə çıxmaq istəyir.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter