Merkel, Putin və Olland arasında Suriyaya dair görüş başa çatıb

Dünya / Manşet

1 641

Merkel, Putin və Olland arasında Suriyaya dair görüş başa çatıb
Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş başa çatıb.

VOİCEPRESS.AZ xəbər verir ki, görüş mətbuata qapalı şəkildə 1.5 saat davam edib.

Rusiya prezidentinin Berlin görüşünün yekunları barədə hava limanında jurnalistlərə açıqlama verəcəyi gözlənilir.

Ötən gün Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub.

Telefon danışığı "Normand dördlüyü"nün görüşündən əvvəl baş tutub.
Sosial səhifələrdə paylaş


VOİCEPRESS.AZ


Ранее » “Twitter”in Çin analoqu kapitallaşmada orijinalı ötüb« Далее Klinton Trampı 9% qabaqlayır