Dövlət Departamenti: "ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır"

Dünya / Manşet

1 244

Dövlət Departamenti:
ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır.

VOİCEPRESS.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib.

Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. "Bu bizi çox təəssüfləndirir, deyə C.Kirbi bildirib.

Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.


VOİCEPRESS.AZ


Ранее » Rusiya XİN: "ABŞ-ın qərarından təəssüflənirik"« Далее Türkiyədə 12 mindən çox polis əməkdaşı işdən çıxarılıb