Özbəkistan prezidenti vəzifəsini Niqmatilla Yuldaşov müvəqqəti olaraq icra edəcək

Dünya / Manşet

1 069

Özbəkistan prezidenti vəzifəsini Niqmatilla Yuldaşov müvəqqəti olaraq icra edəcək
Özbəkistan prezidenti vəzifəsini Niqmatilla Yuldaşov müvəqqəti olaraq icra edəcək. VOİCEPRESS.Az bildirir ki, Niqmatilla Yuldaşov 1962-ci il noyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olub.
O, 1985-ci ildə Lenin adına (hüquq fakültəsi) Daşkənd dövlət universiteti bitirib. Sonra o, Daşkəndin Yunusabad rayon prokurorluğunun müstəntiqi, daha sonra isə respublika Baş Prokurorluğunun təşkilati -metodik şöbəsinin rəisi, sonra nəzarət və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Departamentinin rəhbəri, ölkənin baş prokurorunun müavini, valyuta və vergi cinayətləri ilə mübarizə üzrə və nəhayət, Özbəkistan prezidentinin Dövlət müşaviri xidmətinin aparıcı müfəttişi kimi çalışıb. Ötən ilin yanvarında Yuldaşev prezidentin fərmanı ilə senator, cari ilin fevralında isə ölkənin milli parlamentinin Senatının sədri seçilmişdir.
VOİCEPRESS.Az xarici KİV-ə istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, İslam Kərimovun ən real varisi, baş nazir Şövkət Mirzəyevdir.


VOİCEPRESS.AZ

Ранее » Sankt-Peterburqda 18 qadını zorlayan manyakt həbs edildi« Далее Facebook-da çoxdan gözlənilən yenilik
Flag Counter