Gürcüstan hakim partiyası deputatlığa namizədlər siyahısına üç azərbaycanlının adını salıb

Dünya / Manşet

937

Gürcüstan hakim partiyası deputatlığa namizədlər siyahısına üç azərbaycanlının adını salıb
Gürcüstanın hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyası oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını təqdim edib.

VOİCEPRESS.Az bildirir ki, siyahıda Gürcüstan vətəndaşı olan üç nəfər azərbaycanlının da adı var.

Partiyanın proporsional siyahısında 20-ci yerdə sabiq deputat Mahir Dərziyevin adı yer alıb.

Baş nazirin milli azlıqlar üzrə sabiq müşaviri Savalan Mirzəyevin və sabiq deputat Ruslan Hacıyevin adları da siyahıda əsas fiqurlardandır.
Savalan Mirzəyevin namizədliyi partiyanın xətti ilə mojaritar qaydada Qardabanı rayonundan, Ruslan Hacıyevin namizədliyi isə Marneuli rayonundan irəli sürülüb.

Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyası bu seçkilərdə 100-dən çox yer qazanmaq niyyətindədir. Bunlardan 50-sinin proporsional qaydada deputat mandatı əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanın mövcud qanunvericiliyə görə, parlamentdə 150 deputat seçilməlidir. Onlardan 77-si proporsional, 73-ü isə mojaritar sistem üzrə seçilməlidirlər.


VOİCEPRESS.AZ

Ранее » Məkkədə zəvvarların qaldıqları mehmanxanada yanğın« Далее Çavuşoğlu və Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər
Flag Counter