İzmirdə içərisində keçmiş vali də olan 86 nəfər tutuldu

Dünya / Manşet

1 085

İzmirdə içərisində keçmiş vali də olan 86 nəfər tutuldu
Türkiyənin İzmir əyalətinin Menemen rayonunda yerləşən Gediz Universitetinin 86 müəllimi həbs edilib.

VOİCEPRESS.Az bildirir ki, onlar Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində tutulublar.

Həbs olunanlar arasında professorlar və İzmir əyalətinin keçmiş valisi Cahit Kıraç da var.

Əməliyyatı İzmir əyaləti Prokurorluğunun təlimatı əsasında Maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsinin əməkdaşları keçiriblər.

Siyahıda 101 şübhəlinin adı olub, ancaq bəziləri xaricə qaçıblar.

Məlumata görə, Gediz Universiteti FETÖ-nün başçısı Fətullah Gülənin əsas dayaqlarından sayılır. Bu təhsil ocağı Menemen rayonunun Seyrek şəhərciyində yerləşən vəqf universitetidir.


VOİCEPRESS.AZ

Ранее » Ərdoğan ABŞ-a səfər edəcək« Далее Kılıçdaroğlunu o öldürmək istəyib – Başına bir milyon mük...