Zərif ilə Çavuşoğlunun görüşü 5 saat davam edib

Dünya / Manşet

3 842

Zərif ilə Çavuşoğlunun görüşü 5 saat davam edib
"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Tehrana qısamüddətli səfər edərək ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşüb".

VOİCEPRESS.Az xəbər verir ki, bu sözləri İran XİN sözçüsü Bəhram Qasimi deyib.

B.Qasiminin sözlərinə görə, danışıqlarda ikitərəfli əlaqələr, regionda baş verən proseslər, xüsusilə Suriya böhranı müzakirə olunub.

B.Qasimi qeyd edib ki, M. C. Zərif ilə M.Çavuşoğlu arasında görüş 5 saat davam edib.

"Məhəmməd Cavad Zərifin ötən həftə Türkiyəyə səfəri zamanı iki ölkə arasında davamlı şəkildə rəsmi və qeyri rəsmi görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb. Bu səbəbdən yaxın gələcəkdə iki ölkə rəsmiləri arasında görüşlər keçiriləcək", deyə Bəhram Qasimi deyib.


VOİCEPRESS.AZ

Ранее » İstanbulda üçüncü körpünün açılacağı tarix məlum olub« Далее Türkiyədə partlayış: ölən və yaralananlar var