Şirkət müflis oldu, azərbaycanlılar xaricdə qaldılar

Dünya / Manşet

2 763

Şirkət müflis oldu, azərbaycanlılar xaricdə qaldılar
"ATS (Aerolux Touristic Services) turoperatorunun müflis olması səbəbindən Tivat-Bakı marşrutu üzrə birbaşa reyslərin "Montenegro Airlines" aviaşirkəti tərəfindən dayandırılması ilə əlaqədar olaraq azərbaycanlı turistlər Podqoritsa-İstanbul-Bakı reysi ilə vətənə qayıdacaqlar".
VOİCEPRESS.Az bildirir ki, bunu Trend-ə Monteneqroda olan Azərbaycan turistlərindən biri məlumt verib.

Onun sözlərinə görə, Monteneqroya reyslərin təşkilini və yerləşdirməni həyata keçirən turizm şirkəti özünün müflis olması barədə elan edib və aviaşirkət də öz tərəfindən bütün reysləri təxirə salıb.

Azərbaycanlı turist bildirib: "Sabah səhər Tivatdan Bakıya uçmalı idik, lakin indi avtobusla 3 saat Podqoritsaya getməliyik. Oradan İstanbula uçmalıyıq və daha 2 saat gözləməklə gecə saat 2-də Bakıya uçacağıq. Beləliklə avqustun 17-də Bakıda olacağıq".

Azərbaycanlı turist əlavə edib ki, Bakıya çatmaq xərcləri ödənilib.

VOİCEPRESS.AZ

Ранее » "FETÖ-çu qadınlar ikinci çevrilişə hazırlaşırlar"« Далее PKK Türkiyəni təhdid etdi: "Öcalana nəsə olsa…"