"Avropa Türkiyəyə verdiyi vədini tutmadı"

Dünya / Manşet

3 043

Avropa Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq ediləcəyi barədə vədini tutmadı.
VOİCEPRESS.Az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın "RTL" telekanalına müsahibəsində deyib.

Türkiyə prezidentinin sözlərinə görə, əgər Avropa vədinə xilaf çıxsa, Türkiyə Avropa İttifaqı ölkələrindən suriyalı qaçqınları geri qaytarmayacaq.

Daha öncə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan etmişdi ki, Ankara bütün tələbləri yerinə yetirdiyi halda Avropa İttifaqı 2016-cı ilin payızından Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər.


VOİCEPRESS.AZ

Ранее » Fidel Kastroya 90 illiyi münasibətilə 90 metrlik siqar hədiyyə etdilər« Далее İsveçrədə sərnişin qatarına hücum: 7 nəfər bıçaqlandı