Türkiyədə növbəti terror aktı: Ölü və Yaralılar Var

Dünya / Manşet

3 257

Türkiyədə növbəti terror aktı: Ölü və Yaralılar Var
Türkiyədə növbəti terror aktı törədilib.

Hadisə Şırnak şəhərinin Beytüşşebap rayonunda baş verib.

Məlumata görə, bü gün səhər saatlarında kənd mühafizəçiləri növbə çəkdikləri əraziyə gedərkən PKK terrorçuları əvvəlcədən yerləşdirdiyi minanı partladıblar.

Nəticədə eyni ailədən İdris Aslan və Recep Aslan hadisə yerində həlak olub, Fesih Aslan da yaralanıb. Beytüşşebap Dövlət Xəstəxanasına aparılan F.Aslan ilkin müdaxilədən sonra helikopterlə Şırnak hərbi hospitalına götürülüb.

Terrorçuların zərərsizləşdirilməsi üçün havadan da dəstək verilməklə antiterror əməliyyatı başlayıb.

VOİCEPRESS.AZ

Ранее » “Müəllim niyə polisdən az maaş almalıdır?” – Ölkəni bir...« Далее Sərnişin təyyarəsi yoxa çıxdı - SON DƏQİQƏ
Flag Counter