• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Gürcüstanda iki azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb

Bu gün Rustavi şəhərində keçirilən toplantıda 8 oktyabr parlament seçkilərində majoritar qaydada seçkilərdə iştirak etmək üçün “Gürcü Arzusu-Gürcüstan” siyasi birliyi tərəfindən irəli sürülən namizədlərin təqdimatı keçirilib.
VOİCEPRESS.Az-ın məlumatına görə, tədbiri Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze açaraq “Gürcü Arzusu-Gürcüstan” siyasi birliyinin uğurlarından söhbət açıb. O, parlament seçkilərinə azərbaycanlıların da qatıldığını, azərbaycanlıların daima Gürcüstanın dövlətçiliyinə sadiq qaldıqlarını və ölkəyə ləyaqətlə xidmət etdiklərini bildirib.

Təqdimat mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də çıxış edib. “İnanıram ki, biz birlikdə olacağıq və Gürcü Arzusu-Gürcüstan” siyasi birliyi qələbə əldə edəcək. Bu qələbə hər bir ailənin rifahını yüksəldəcək”, deyə baş nazir qeyd edib.

Tədbirdə parlament seçkilərində iştirak etmək üçün 8 namizəd təqdim edilib, onlardan 2-si azərbaycanlıdır. “Gürcü Arzusu-Gürcüstan” siyasi birliyi tərəfindən baş nazirin köməkçisi olan Savalan Mirzə oğlu Mirzəyev Qardabani rayonundan, Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Alı oğlu Hacıyev isə Marneuli rayonundan majoritar deputatlığa namizəd göstəriliblər.

Tədbirdə həmçinin bölgənin Rustavi, Dmanisi, Zalqa, Bolnisi və Tetri Skaro rayonlarından deputatlığa namizədlər təqdim olunub.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter