• 12:08 – Putinin hərbi bloku Baş katibsiz qalacaq – Paşinyan güzəştə getmədi 11:48 – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT 11:36 – Bakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etdi 11:29 – “Qobu park”da idman klubu açıldı 11:27 – Mehriban Əliyeva Qarabağ əlilinə ev tikilməsi barədə tapşırıq verdi 
  • 19:43 – Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 23:13 – Sumqayıtdakı qəzada yaralananların sayı 42-yə çatdı - SİYAHI, YENİLƏNİB 

İran Ermənistanı seçdi

İrandan Gürcüstana təbii qaz nəqlinə dair müqavilə imzalanıb.

VOİCEPRESS.Az-ya istinadən xəbər verir ki, imzalanmış müqavilə 4 ay müddətinə qüvvədə olacaq və ümumilikdə İrandan Gürcüstana 40 milyon kubmetr qaz ixrac olunacaq.

Ötən həftə İran və Ermənistan arasında bu ölkədən İran qazının tranzitinə dair razılıq əldə olunandan sonra İran Gürcüstanla sınaq müddəti üçün qısa müddətli müqavilə imzalayıb. Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. Müqavilənin vaxtının uzadılması və böyük həcmdə qazın Gürcüstana nəqli məsələsi Ermənistandan lazımı icazələr alınandan sonra mümkün olacaq.

GIEC şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb, baş ofisi Tbilisidə yerləşir. Şirkət sənaye müəssisələrinə qaz tədarükü və enerji daşıyıcılığı və istehsalı sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, İranın neft naziri Bijən Namdar Zəngənə ötən həftə elan edib ki, İran Ermənistan ərazisindən Gürcüstana qazın tranzitinə dair sınaq müqaviləsini tezliklə icra edəcək.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter