"İrəvanda vəziyyət gərginləşə bilər" - ABŞ-dan xəbərdarlıq

Dünya / Manşet

3 104

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bu ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

VOİCEPRESS.Az azvision.az-a istinadən bildirir ki, ABŞ diplomatik missiyası silahlı qruplaşmanın İrəvanda polis binasına nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin gərginləşə biləcəyinə dair məlumat yayıb.

Bununla bağlı səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, ötən gün İrəvanda polislərlə qiyamçılar arasında atışma olub. Hadisə nəticəsində iki qurplaşma üzvü və bir polis əməkdaşı yaralanıb.


VOİCEPRESS.AZ

Ранее » Xəstəxanada DƏHŞƏT - Xəstələr diri-diri yandı« Далее Gürcüstandan Rusiyanı qəzəbləndirəcək qərar