• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Tbilisidə 20 Yanvar faciəsini əks etdirən fotosərgi keçirilib

Tbilisidə 20 Yanvar faciəsini əks etdirən fotosərgi keçirilib

Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi keçirilib.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, “Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Sərgidə Gürcüstanın əməkdar jurnalisti, “Associated Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Eyvazovun lentə aldığı 60-dan çox fotoşəkil təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 20 yanvar 1990-cı il tarixinin Azərbaycan xalqının qan yaddaşı olduğunu deyib: “Faciədən 29 il keçməsinə baxmayaraq, müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Gürcü xalqı ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımız da hər zaman bu tarixi böyük ehtiramla yad edir”.

Ş.Eyvazov bildirib ki, sərgilənən fotoları 1990-cı ilin yanvarın 21-də Bakıda lentə alıb. “Fotoşəkilləri böyük ürək ağrısı ilə çəkmişəm. Sərgilənən fotolar Bakıda lentə aldığım fotoşəkillərin bir hissəsidir”.

O, sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlığını vurğulayıb.

Daha sonra çıxış edən Gürcüstanın əməkdar jurnalisti, Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev deyib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 20 Yanvar faciəsini tarixin qəhrəmanlıq səhifəsi kimi anır: “1989-cu ilin aprelin 9-da eyni faciə Gürcüstan xalqının da başına gəlib. Hər iki qanlı hadisə zamanı Gürcüstan və Azərbaycan ictimaiyyəti bir-birinə böyük dəstək göstərib”.

O qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra işıq üzü görən o zamankı “Sovet Gürcüstanı” qəzetinin bütün səhifələrində Ş.Eyvazovun Bakıda lentə aldığı fotolar yerləşdirilib: “Qəzetlər Tbilisinin mərkəzi Rustaveli prospekti boyu yerləşən binaların divarlarına yapışdırıldı və gürcü xalqı böyük ürək ağrısı ilə həmin faciə barədə məlumatlandırıldı”.

Azərbaycan Dövlət Televiziyasının Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Şəmmədoğlu da çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan xalqına yardım göndərib: “Bolnisi, Dmanisi və azərbaycanlıların yaşadığı digər rayonlardan 24 maşından ibarət karvan Azərbaycana yardım apardı. Yardım dərman vasitələri, paltar, ərzaq və tərəvəz məhsullarından ibarət idi. Maşın karvanı ayın 21-də Bakıya çatdı. Komendant saatı olduğundan yanvarın 22-də yardım paylanmağa başlandı”.

Sərgiyə qatılmış ziyalılar və gənclər də çıxış edərək 20 Yanvar faciəsini Azərbaycan tarixinin unudulmaz və şanlı səhifəsi adlandıraraq, bu cür anım tədbirlərinin Gürcüstan ictimaiyyətinin qanlı hadisə barədə məlumatlandırılması baxımından əhəmiyyətindən danışıblar.

Tədbirdə gürcü ziyalılar,politoloqlar, azərbaycanlı tələbə və gənclər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tbilisidə 20 Yanvar faciəsini əks etdirən fotosərgi keçirilib

Tbilisidə 20 Yanvar faciəsini əks etdirən fotosərgi keçirilib







VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter