• 21:46 – İsveçrədə təqribən 12 nəfər qar uçqunu altında qalıb 20:18 – “Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 20:02 – Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi 18:27 – TAP layihəsi 85 faizdən çox icra olunub 17:53 – Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 15:30 – Bakıda beynəlxalq forum işə başlayıb 

ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib


ABŞ-da "şatdaun" (büdcə olmaması səbəbindən federal müəssisələrin işinin müvəqqəti ixtisarı) davametmə müddətinə görə rekordu yeniləyib.

VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda nə Ağ Ev, nə də Konqres bir-birinə güzəştə getmək niyyətində deyil.

Belə ki, Prezident Donald Tramp sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, o cümlədən Meksika sərhədində qanunsuz miqrantların qarşısını almaq üçün divar inşasına 5,6 milyard dollarlıq büdcə layihəsini imzalamağı rədd edir, Konqresə noyabrda keçirilən aralıq seçkilərdən sonra Nümayəndələr palatasında üstünlüyə yiyələnən Demokratlar Partiyası isə divar inşası məsələsini qəbul etməyərək indiki böhranın süni olduğunu bildirir.

Belə bir vəziyyətdə D.Tramp Konqres üzərindən lazımi maliyyə əldə etmək üçün sərhəddə fövqəladə vəziyyət tətbiq etməyi düşünsə də, belə bir addım atılarsa, administrasiyanın dərhal məhkəmə qarşısına çıxarılacağı ehtimalının yüksək olduğu, Konqreslə münasibətlərinin daha da korlanacağı şəksizdir.

İndiyədək ən uzunmüddətli “şatdaun” 1995-1996-cı illərdə baş vermiş və 21 gün davam etmişdi. Hazırkı “şatdaun” isə artıq 22 gündür davam edir.









VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter