• 21:46 – İsveçrədə təqribən 12 nəfər qar uçqunu altında qalıb 20:18 – “Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 20:02 – Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi 18:27 – TAP layihəsi 85 faizdən çox icra olunub 17:53 – Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 15:30 – Bakıda beynəlxalq forum işə başlayıb 

ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını bildirdi


"ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək".

VOİCEPRESS.AZ RİA “Novosti”-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı “seçkilər"ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan syaıb. Biz qanunsuz Maduro rejiminin öz rəhbərlərini azad seçmək haqqını ucadan tələb edən bütün venesuelalıların təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu düşünür və Venesuelada demokratiyanı bərpa etmək üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüdrətini bundan sonra da işə salacağıq", - deyə Ağ Ev rəsmisinin yazılı bəyanatında qeyd olunub.










VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter