Papa rahibələri internetdə “oturmamağa” çağırdı

Dünya / Manşet

3 086

Papa rahibələri internetdə “oturmamağa” çağırdı
Roma Papası Fransisk rahibələrə müraciət edərək onları internetdə çox vaxt sərf etməməyə çağırıb.

VOİCEPRESS.Az lent.az-a istinadən bildirir ki, katolik kilsəsinin rəhbəri xəbərdarlıq edib ki, sosial şəbəkələr müəyyən təhlükələr ehtiva edə, rahibələri dini vəzifələrin icrasından və idrakdan yayındıra bilər. O, internetdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb.

Pontifik etiraf edib ki, smartfonlar, planşetlər və noutbuklar ünsiyyət üçün əvəzolunmaz vasitələrdir, lakin onlara aludəçilik insanları vacib əməllərdən çəkindirə bilər.

Xatırladaq ki, Roma Papası Vatikanda "Apple" rəhbəri Tim Kukla görüşündə interneti Allahın hədiyyəsi adlandırmışdı.


VOİCEPRESS.AZ

Ранее » Türkiyədə hərbi çevrilişə cəhddən sonra saxlanılanların say...« Далее Gülənin papaya şok məktubu
Flag Counter