• 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 12:39 – 25 ildir, şüşə qalıqlarını atmır, ev, maşın hazırlayır - VİDEO 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 23:52 – Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR 

İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR


Hindistanda adət-ənənəyə görə gəlinin atası toy üçün xeyli miqdarda pul ödəməlidir. Ayrıca olaraq qızları evləndirmək vəzifəsi şəxsən atalara aid olur. Buna görə də atası olmayan bir çox qız evlilik xəyallarını gerçəkləşdirə bilmir. VOİCEPRESS.AZ musavat.com-a istinadən xəbər verir ki, Hindistanda xeyriyyəçi bir iş adamı bu duruma əl qoyaraq yüzlərlə atasız gənc qızı evləndirib. Bu, iş adamının ilk xeyirxah işi deyil.

O, ümumilikdə ötən 8 il ərzində bütün xərcləri tək başına qarşılayaraq 3 mindən çox atasız qızın ailə həyatı qurmasına yardımçı olub.

Qadınların Tanrıdan bir hədiyyə olduğunu dilə gətirən iş adamı Mahesh Savani 2010-cu ildən davamlı olaraq bu tədbirləri həyata keçirir.

Açıqlanan dəqiq rəqəmlərə görə, bu ilki tədbirdə 261 gəlin evləndirilib. Evləndirilən qızlardan 6 nəfəri müsəlman, 3 nəfəri isə xristiandır. İş adamı bu tədbirlərin həyata keçirilməsi üçün hökumətdən də böyük dəstək alır.

Evləndirilən hər bir qız iş adamı tərəfindən ev əşyaları ilə təmin edilib. Əlavə olaraq hər bir qıza müəyyən məbləğdə pul da təqdim edilib. Bu böyük işi təşkil edən iş adamı belə qadınlara yardım etmək üçün sosial məsuliyyət hiss etdiyini deyir.

İş adamı bu günə qədər toplam 3172 qızın ailə qurmasına köməklik edib.


İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR

İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR

İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR

İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR

İş adamı atasız olan 261 qızı evləndirdi - FOTOLAR






VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter