• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 10:25 – Baytarlıq Xidməti xəstəliklərə görə toplandı 

Hindistanda qadın "tonqalda yandırılması"ndan sonra evinə qayıdıb


Hindistanda qadın "tonqalda yandırılması"ndan sonra evinə qayıdıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Məlumata görə, hadisə Patiala şəhərində baş verib. Ölmüş hesab edilən Naina Rani yaxınlarının onun "cəsəd"ini yandırdıqdan sonra evə qayıdıb.

Bildirilir ki, qadın dekabrın 8-də itkin düşüb. Polis əvvəlcə güman edib ki, qadın ərini ataraq, başqa kişi ilə kənddən qaçıb. Bir neçə gün sonra yerli fermer qadın cəsədinin olduğu kisə tapıb. Cəsədin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Lakin Raninin valideynləri cəsədin qızlarına məxsus olduğunu deyiblər. Hüquq-mühafizə orqanları qadının sevgilisi tərəfindən kəsici alətlə öldürüldüyünü bildiriblər.

Təhqiqat başa çatandan sonra yaxınları qadının cəsədini yandırıblar. Lakin bir neçə gündən sonra qadın evə qayıdıb.

Hazırda polis dəfn edilmiş cəsəddən DNT analizləri götürərək, yenidən onun şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Daha əvvəl məlum olub ki, Hindistanda dünyanın ikinci ən böyük heykəli ucaldılacaq. Hindistanın Uttar Pradeş ştatının hakimiyyəti dünyanın ən hündür ikinci heykəlinin Ayodhya şəhərində qəhrəman tanrı Rama ucaldılacağını elan edib.








VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter