Meksikadan qanunsuz ABŞ-a keçən iki böyük miqrant qrupu saxlanılıb

Dünya / Manşet

198

Meksikadan qanunsuz ABŞ-a keçən iki böyük miqrant qrupu saxlanılıb

Mərkəzi Amerikadan olan iki böyük miqrant qrupu Meksika ərazisindən qanunsuz keçdikləri ABŞ-ın Arizona ştatında saxlanılıblar.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Meksikanın "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Söhbət 4 aylıq körpədən 53 yaşlı şəxsə qədər olan 124 Qvatemala və Honduras vətəndaşlarından gedir. Amerika sərhədçiləri onlardan 7 kişi və bir qadının əvvəl ABŞ-a bir dəfə qanunsuz keçdiklərini və oradan geri deportasiya olunduqlarını müəyyən edib.

Hazırda Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərindəki yeni miqrant düşərgəsində 2,5 min nəfərdən çox adam var.

Bundan əvvəl Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb.









VOİCEPRESS.AZ

Ранее » İranda 18 deputat istefa verdi« Далее BBC-nin aparıcısı özünü asaraq öldürdü