Şahzadə Diananın paltarı hərracda 127 min dollara satışa çıxarılıb

Dünya / Maraq / Manşet

396

Şahzadə Diananın paltarı hərracda 127 min dollara satışa çıxarılıb

Böyük Britaniyada şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə "Kerry Taylor" hərrac evi məlumat yayıb.

Söhbət britaniyalı modelyer Devid Emanuel tərəfindən yaradılan fil dişi rəngli paltardan gedir.

Bildirilir ki, Diana onu 1986-ci ildə Bəhreynə rəsmi səfəri zamanı geyinib. Sonra şahzadə paltarını xeyriyyə məqsədləri üçün bağışlayıb.

Səkkiz il sonra naməlum qadın Hereford şəhərindəki mağazaların birində həmin paltarı alıb və 255 dollar ödəyib. İndi hərracda paltarın başlanğıc qiyməti 127,4 min dollar təşkil edir.








VOİCEPRESS.AZ

Ранее » Rostropoviçin violonçeli Londonda 2,5 milyon dollara satılıb« Далее Surqut hava limanına Fərman Salmanovun adı verildi - Yekun səsverm...