Türkiyədə çevriliş cəhdindən sonra 13 mindən çox şəxs saxlanılıb

Dünya / Manşet

3 941

Türkiyədə çevriliş cəhdindən sonra 13 mindən çox şəxs saxlanılıb
Türkiyədə hərbi çevriliş cəhdinin istintaqı çərçivəsində 13 mindən çox şəxs saxlanılıb.

VOİCEPRESS.Az-ın xəbərinə görə, bunu "A Haber" telekanalına müsahibəsində ölkənin baş naziri Binəli Yıldırım bildirib.

Bundan əvvəl çevriliş cəhdinin istintaqı çərçivəsində 10,6 min nəfərin saxlanıldığı bildirilmişdi.

"Bu günə olan məlumata görə, 13 002 nəfər saxlanılıb. İstanbulda 3 879, Ankarada 2 734, İzmirdə 197, digər əyalətlərdə 6 192 nəfər saxlanılıb. Saxlanılanlardan 1 329-u polis əməkdaşı, 163-ü general və admiral olmaqla 8 831 hərbçi, 2329-u zabit, 2100-ü hakim və prokuror, 52-si administrasiya rəhbəridir. 5 837 nəfər həbs edilib. Saxlanılmalar davam etdirilir", - deyə baş nazir bildirib.

VOİCEPRESS.AZ

Ранее » Sizi heyran edən gözlər haqqında bilmədikləriniz« Далее Türkiyədə Fətullah Gülənin "sağ əli" saxlanılıb