Nazarbayevdən KTMT adından çağırış

Dünya / Manşet

333

Nazarbayevdən KTMT adından çağırış

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) partnyorları və müşahidəçiləri olmaq çağırışı edib. VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, Nazarbayev 8 noyabrda Astanada baş tutan Kollektiv Təhlükəsizlik Şurası (KTŞ) iclasının birinci hissəsində beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi baxımından KTMT-nin fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

“Gündəmdə yer alan bütün məsələlərlə bağlı anlaşma əldə edildi. Qəbul edilən qərarlar arasında KTMT-nin normativ parntyor və müşahidəçi statusunun möhkəmlənməsini xüsusi vurğulamaq istəyirəm. Hazırki addım KTMT-nin şəffaflığını, digər dövlət və beynəxalq təşkilatlarla konstruktiv əlaqələrə hazır olmasını göstərir”, - dövlət başçısı bildirib.

“KTMT adından maraqlı tərəfləri partnyor və müşahidəçi statusu almaqla bağlı bizim normativ bazanı diqqətlə öyrənməyə çağırıram”, - Nazarbayev deyib.






VOİCEPRESS.AZ

Ранее » ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Dağlıq Qarabağda status-kvo q...« Далее Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə e...