Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var

Dünya / Manşet

387

Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var

Çində kimyəvi gübrə zavodunda partlayış baş verib.

VOİCEPRESS.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Hebey vilayətində qeydə alınıb. Sinle şəhərindəki müəssisədə peçin partlaması nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.







VOİCEPRESS.AZ

Ранее » ABŞ İranı tankerləri peyklərdən gizlətmək cəhdində ittiham e...« Далее Azərbaycanın Ukraynadakı səfirliyi: “Azər Xudiyev Tələt Əliy...