Trampdan demokratların respublikaçılara qarşı araşdırma aparmaq təkilifinə reaksiya

Dünya / Manşet

477

Trampdan demokratların respublikaçılara qarşı araşdırma aparmaq təkilifinə reaksiya

ABŞ Prezidenti Donald Tramp demokratların respublikaçılara qarşı Nümayəndələr Palatasında araşdırma aparmaq təkilifinə münasibət bildirib. VOİCEPRESS.AZ xəbər verir ki, Donald Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

ABŞ Prezidenti qeyd edib ki, Demokratlar vətəndaşların ödədiyi vergiləri xərcləyib: “Onlar bizə qarşı Nümayəndələr Palatasında araşdırmalar aparacaqlarını güman edirlərsə, onda biz də onlar barəsində məxfi məlumatların sızdırılması və bir çox başqa məsələlərlə bağlı Senatda araşdırmalara başlamaq barədə düşünməli olacağıq. Görək kim qazanacaq!”.

Qeyd edək ki, ötən gün ABŞ-da keçirilən aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasındakı 435 konqresmenin hamısı, 39 ştat və ərazi valisi, ştat qanunverici məclislərinin 6073 üzvü, məktəb dairələrinin hakimləri və şura üzvləri seçilib. KİV-dəki proqnozlara görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında üstün olacaq, Respublikaçılar Partiyası isə Senatdakı üstünlüyünü daha da artıracaq.








VOİCEPRESS.AZ

Ранее » Londonda Ermənistanın təxribatının qarşısı alınıb« Далее ABŞ Baş prokuroru istefa verdi