Dünyanın ən böyük media və əyləncə şirkəti ...

Dünya / Manşet

585

Dünyanın ən böyük media və əyləncə şirkəti ...

Avropa İttifaqı Komissiyası dünyanın ən böyük media və əyləncə şirkətlərindən olan “Disney”in 71.3 milyard dollarlıq "21st Century Fox"u almaq üçün təklifini şərtlər əsasında təsdiqləyib.

VOİCEPRESS.AZ xəbər verir ki, komissiyadan verilən açıqlamaya görə, “Disney” Avropa İttifaqının təsdiqini almaq üçün Avropadakı “History”, “H2”, “Crime & Investigation”, “Blaze ve Lifetime” kimi kanalları əldən çıxarmağı qərara alıb.

Disneyin təsdiqlənən 71,3 milyon dollarlıq alışı çərçivəsində “21st Century Fox”un film studiyalarının, “X-Men”, “Avatar”, “Simpsons” və “National Geographic” kimi məhsulların yayım haqlarına sahib olacaq. Həmçinin, “21st Century Fox”un onlayn televiziya şəbəkələri “Hulu” və “Sky”dakı hissələri “Disneyin” nəzarətinə keçəcək.

Qeyd edək ki, 2017-ci ilin dekabrında “Disney” “21-ci Əsrin Fox”unu almaq üçün 52,4 milyard dollar təklif edib və Kabel televiziyası ”Comcast” şirkəti ilə rəqabət nəticəsində təklif 71,3 milyard dollaradək qalxıb.







VOİCEPRESS.AZ

Ранее » İran ABŞ-ın təklifini qəbul etmir« Далее PKK təbliğatçısı olan deputat həbs edildi