Türkiyə NATO-da qalacaq?

Dünya / Manşet

3 230

Türkiyə NATO-da qalacaq?
Son hadisələrə baxmayaraq Türkiyə ordusu, əvvəlki kimi, güclüdür.

VOİCEPRESS APA-ya istinadən xəbər verir ki, bunu Reuters agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək", deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil: "Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi "qaynar nöqtələrin" sərhədində yerləşir", baş katib əlavə edib.

VOİCEPRESS.AZ



Ранее » İtmiş gəmiləri axtarmaq üçün qırıcılar havaya qalxdı« Далее Numan Kurtulmuş: "Vətəndaşların təhlükəsizliyi sual altında ...
Flag Counter