ABŞ-da təyyarə oğurlandı

Dünya / Manşet

1 206

ABŞ-da təyyarə oğurlandı
ABŞ-ın Siyetl şəhərinin hava limanından təyyarə oğurlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, təyyarə oğurlandıqdan 15 dəqiqə sonra Vaşinqton ştatının Ketron adası yaxınlığında qəzaya düşüb. Hadisə yerinə xilasedici qüvvələr göndərilib.

Qaçırılan təyyarənin Alyaska Hava Yollarına məxsus olduğu müəyyən edilib. Şirkətin məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də Əl Qaidə terror təşkilatı qaçırılan sərnişin təyyarələri ilə Nyu Yorkda terakt təşkil edib. Nəticədə 343-ü FHN, 60-ı isə polis işçisi olmaqla, ümumilikdə 2977 nəfər bu faciənin qurbanı olub.

VOİCEPRESS.AZ

Ранее » Rusiyadan çağırış: Dollardan imtina edək« Далее Şoyqu: "Təsirini bilmirəm, ancaq hər il silah satışı artır......