İranda 6 nəfər edam edildi

Dünya

270

İranda 6 nəfər edam edildi
İranda ölümə məhkum edilən daha 6 nəfər edam edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, qətldə və cinsi təcavüzdə günahlandırılan müttəhimlərdən biri “Bəndər Abbas” zindanında, 2-si “Kərəcin Rəcayişəhr” həbsxanasında dara çəkilib.

Bildirilir ki, müttəhimlərdən biri 12 il həbsdə saxlandıqdan sonra edam edilib.

Həmçinin 3 nəfər “Minab” zindanında dar ağacından asılıb. Hər üç müttəhim zorlamada təqsirli bilinib.

Edam edilənlərin adları mediaya açıqlanmayıb.

VOİCEPRESS.AZ

Ранее » Afrika vahid valyutasını yaradır« Далее Gürcüstana qar yağdı