• 16:36 – Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var 16:03 – Hollandiyada terror: Ölən və yaralananlar var 15:17 – Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ 13:43 – Rusiyadakı Azərbaycan Diaspor Təşkilatlarının etiraz BƏYANATI 13:07 – Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub 
  • 09:24 – Qarabağ cəbhəsində erməni təxribatı 
  • 11:40 – Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir 
  • 11:25 – Hüquq müdafiəçilərinin Monitorinq Qrupundan Prezidentə təşəkkür məktubu 

Şok əməliyyat: Qulinin 30 adamı tutuldu

Ukraynanın güc strukturları azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.

VOİCEPRESS.AZ unikal.org-a istinadən xəbər verir ki, Ukraynanın Kirovoqradskiy bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun kriminal klanının 30 nəfər üzvü “oğru sxodkası” keçiriblər.

Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.

Sxodka "məşhur hüquqşünas” ləqəbli "vor zakon" Xoxolun rəhbərliyi ilə keçirilirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Lotu Qulinin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon” olmağa can atırmış.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter