Lukyanov: "ABŞ Rusiyaya qarşı İraq ssenarisini gerçəkləşdirir"

Dünya / Manşet

594

Lukyanov:
ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları Rusiya iqtisadiyyatının parçalanmasına yönəlib.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında rusiyalı politoloq Fyodr Lukyanov deyib. Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya sanksiyalarla bağlı ultimatumu İraq ssenarisinə bənzəyir:

“Böyük ehtimalla administrasiya sanksiyaların işə düşməsi üçün 3 ay vaxt verməklə Rusiya iqtisadiyyatını məhv etməyə çalışır. Belə ki, qəfil neqativ gözləntilərin, havadan asılmış “Domokl qılıncı”nın effekti hər zaman bir anlıq fəaliyyətlərdən güclüdür. Bir anlıq fəaliyyətlərin nəticələrinə bazarlar və iqtisadi subyektlər daha sürətlə adaptasiya olurlar. ABŞ-ın Rusiyadakı kimyəvi silahın araşdırılması ilə bağlı müfəttişlərin ölkəyə buraxılması barədə ultimatumu daha çox İraq ssenarisini xatırladır. ABŞ-ın yaratdığı situasiya çox təhlükəlidir”.

Qeyd edək ki, Skripal işi ilə əlaqədar olaraq ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Bu sanksiyaların 3 ay ərzində aktivləşdiriləcəyi vurğulanıb. Rəsmi Vaşinqton Moskvanın yeni sanksiyalardan qaçması üçün kimyəvi silah tətbiq etməyəcəyinə zəmanət verməli və BMT mütəxəssislərini yoxlamalar aparmaq üçün ölkəyə buraxmalı olduğunu bildirib.


VOİCEPRESS.AZ

Ранее » İran-Ermənistan dəmiryolunun tikintisi reallaşır« Далее İranda xaos: azərbaycanlılar fabriki ələ keçirdilər - Video