Qanlı festivaldan dəhşətli GÖRÜNTÜLƏR

Dünya / Maraq

450

Qanlı festivaldan dəhşətli GÖRÜNTÜLƏR
Danimarkanın Faroe adasında “Grindadrap” festivalından dəhşətli görüntülər ortaya çıxıb.

VOİCEPRESS.AZ “Milliyet” nəşrinə istinadən xəbər verir ki, bu festivalda ada əhalisi əcdadlarını yad etmək üçün balinaları və delfinləri kütləvi surətdə öldürürlər.

Faroe adasında yaşayan bir Türkiyə vətəndaşının çəkdiyi şəkillər qan dondurur.
Keçmişi 1500-cü illərə aid bu festival adada hər il keçirilir. Ölkədə bu heyvanların öldürülməsi qadağan olunsa da, adada belə bir qanun işləmir.

Balıqçılar kiçik motorlu qayıqlarla balina və delfinləri dayaz bir yerə sürərək boğazlarını kəsib onurğalarını qırırlar.


Bu festivalda qətl edilən heyvanların ətləri satışa çıxarılmır. Ada sakinləri öldürülən heyvanların ətlərini öz aralarında bölüşürlər.

Qanlı festivaldan dəhşətli GÖRÜNTÜLƏR

Qanlı festivaldan dəhşətli GÖRÜNTÜLƏR

Qanlı festivaldan dəhşətli GÖRÜNTÜLƏR

VOİCEPRESS.AZ

Ранее » Dünya bu tarixi gözləyir« Далее ŞOK:İstidən ölənlərin sayı 5 dəfə artacaq