Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Dünya

225

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
Azərbaycanlı oliqarx Mübariz Mənsmovun gəmilərinin heyət üzvləri aylardır əmək haqqı ala bilmədiklərinə görə Azov dənizində aclıq aksiyasını davam etdirir.



VOİCEPRESS.AZ Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Azov dənizində reyddə dayanan “Riroil-5” tankerinin heyət üzvləri əmək haqqı almadıqları bir yana, 2 aydır sahil üzü də görmədiklərini deyirlər.



Gəminin baş mexaniki İqor Şaplin deyib ki, iyulun 17-dən etibarən 4 heyət üzvü aclıq aksiyası keçirir. Gəminin sahibi-“Palmali Gemiçilik və Acentelik A.S.” şirkətinin nümayəndəlri maaşları bir həftə sonra ödəyəcəklərinə vəd veriblər. Maaşlar verilməyənə qədər heyət üzvləri sahilə də çıxa bilməzlər. Çünki “Riroil 5” sərhəd zonasında dayanıb. Dənizçilər sahilə çıxmaq üçün kater sifariş verməlidir.



Bildirlilir ki, “Palmali”nin cəmi 4 gəmisində heyət üzvləri ilə maaş problemi yaranıb. Onlardan biri “Riroil 3” Rostov sahillərində dayanıb.



Yüklü gəmi 2.5 aydır ki, Kumjensk reydində gözləyir. 7 heyət üzvü şirkətdən maaşlarını aylardır ala bilmədiklərini deyirlər. Daha iki gəmi isə Qara dənizdədir. “Adriatik Mariner” tankerində 10 heyət üzvü maaşlarını (cəmi 200 min dollar) tələb edir, onun yanında dayanmış “Riroil 2” tankerində isə 4 heyət üzvü maaşlarını ala bilmir.

Azov dənizində aclıq edən dənizçilərdən biri deyir ki, şirkətdən ümumiyyətlə maaş almayıb və “Palmali”nin ona 12 min dollar borcu var. Bəzilərinə bu yaxınlarda maaşların bir qismini veriblər, ancaq onların da 5-6 min dolları hələ qalır. “Biz çərşənbə günündən heç nə yemirik. Artıq baş gicəllənmələri başlayıb”-o deyib.



Aclıq aksiyası keçirənləri hədələyirlər ki, aksiyanı dayandırıb işə çıxmasalar azad ediləcəklər. Amma dənizçilər aksiyanı davam etdirib tələblərinin yerinə yetirilməsinə nail olacaqlarını deyirlər. Gələn həftə maaşlar ödənməsə “Riroil 5” və “Riroil 3” gəmilərinin heyətləri birləşib “Palmali”ni məhkəməyə verəcəklər.



“Palmali” şirkətinin vitse-prezidenti Rauf Əliyev isə “Port news” agentliyinə bildirib ki, maaşları iki həftə ərzində ödəməyə çalışacaqlar. Onun sözlərinə görə, maaşların gecikməsi xarici banklar tərəfindən ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına görə yaradılmış problemlərdir. Belə ki, maaşları ödəmək üçün köçürülən pullar uzun müddət xarici banklarda ləngidiir. R.Əliyev deyib ki, əgər gəmilər həmin limanlardan çıxıb İstanbul limanlarına daxil olsalar “Palmali” maaş borclarını dərhal ödəyə bilər.

Lakin heyət üzvləri İstanbul limanına yan almaqdan imtina edirlər və mübahisənin Rusiya limanlarında həll edilməsini gözləyirlər.



VOİCEPRESS.AZ

Ранее » Buşun kardioloqu müəmmalı şəkildə öldürüldü« Далее Laqard: "Tramp dünya iqtisadiyyatına zərbə vuracaq"