Tramp Putinlə görüşdə bu məqsədinə nail oldu

Dünya

252

Tramp Putinlə görüşdə bu məqsədinə nail oldu
ABŞ Prezidenti Donald Tramp ABŞ-Rusiya sammitində qarşıya qoyulmuş məqsədlərdən birinə - Rusiya Prezidenti Vladimir Putinlə bir sıra aktual məsələlərdə konstruktiv dialoq yolu tapmağa nail oldu.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.

“İki ölkənin maraqlarının və dəyərlərinin bir-birindən ayrıldığı bir sıra məsələlər var. Prezidentlər bundan çox narahatdır”, - Pompeo bildirib.

Onun sözlərinə görə, görüşdə terrora qarşı mübarizədə daha sıx əməkdaşlıq istiqamətində irəliləyiş əldə olunub.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri 16 iyulda Helsinkidə görüşüblər.


VOİCEPRESS.AZ

Ранее » Eks-prezidentə 8 il iş kəsildi« Далее Buşun kardioloqu müəmmalı şəkildə öldürüldü